16 yaşında nişanlanan qızın anası: “Bir-birlərini görüb bəyəniblər” - VİDEO
“Qızım 17 yaşının içindədir, oğlanın isə 35 yaşı var. Mən Bakıda olanda qızın şəkilini görüblər. Sonra bizə gəldilər. Bir-birlərini görüb istəyiblər”. Bu sözləri Beyləqanda 16 yaşında nişanlanan qızın anası Aysel Ağayeva deyib. “İcradan da çağırıblar. Bildirdilər ki, toy olmaz”, - deyə o söyləyib. Qızın atası Məzahir Ağayev isə bildirib ki, hazırda qızını evləndirmək fikri yoxdur: “Bu dəqiqə qızımı köçürtmürəm. Oğlan qızı bəyənib, qız da oğlanı. Nişan mərasimi olmayıb, “hə” olub. Dövlətimizin qanununa əsasən, qızımın 18 yaşında xeyir işi olacaq”. Qeyd edək ki, məsələ ilə bağlı müvafiq qurumlar hərəkətə keçiblər. Ətraflı Baku TV-nin süjetində:
Oxunub: 715
Xəbəri paylaş
Paylaş: