“Rusiya yaxın vaxtlarda səfərbərlik elan edəcək” – “700 minə yaxın insan hərbi xidmətə çağırılacaq”
Yaxın vaxtlarda Rusiyada cəbhədəki canlı qüvvə itkilərini kompensasiya etmək üçün yeni səfərbərlik elan ediləcək. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının yaydığı məlumatda bildirilib. Məlumata görə, Rusiya hakimiyyəti cəbhəyə əlavə olaraq 400-700 min nəfər göndərməyi planlaşdırır. “Çeçenistan Respublikasından təxminən 40 min insanın cəlb edilməsi planlaşdırılır. Lakin Rusiyanın iki ən böyük şəhərində - Moskva və Sankt-Peterburqda səfərbərliyin həcmi yenə minimal səviyyədə olacaq”,- deyə məlumatda qeyd olunub.“AzPolitika.info”
Oxunub: 228
Xəbəri paylaş
Paylaş: