Putin Paşinyanı sərt tənqid etdi
Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya əleyhinə son açıqlamalarına kəskin reaksiya verib. Mediaxeberleri.Az bildirir ki, Trend bu barədə Rusiya mediasına istinadən xəbər verir. "Ermənistan özü Qarabağın Azərbaycanın bir hissəsi olduğunu qəbul edibsə, biz daha nə deyə bilərik? Ermənistan qəbul edibsə ki, Qarabağ Azərbaycanın bir hissəsidir, söhbət nədən gedir?", - deyə o bildirib. Qeyd edək ki, bir müddət əvvəl Paşinyan bildirib ki, Rusiya "Cənubi Qafqazda hər hansı tədbir görməklə və ya görməməklə regiondan uzaqlaşır". "Müəyyən proseslər belə bir fikir yaradır ki, bir gün sadəcə oyanacağıq və Rusiyanın burada olmadığını görəcəyik", - o deyib. Bundan başqa, Paşinyan Rusiyanın Ermənistan-Azərbaycan danışıqlar prosesində aktivliyinin "Ukraynadakı hadisələrlə əlaqədar olaraq azaldığını" qeyd edib.