Polis Ordu ilə bağlı sosial şəbəkələrdə yalan məlumatlar yayan şəxsi saxlayıb
Sosial şəbəkələrdə Azərbaycan Ordusu və hərbçiləri ilə bağlı yalan məlumatlar paylaşan şəxslərlə bağlı Daxili İşlər Nazirliyi tərəfindən tədbirlər görülür.
Mediaxeberleri.Az xəbər verir ki, DİN-in mətbuat xidməti mətbuatın sorğusuna cavab olaraq bildirilib ki, davam etdirilən tədbirlərlə “Tik-Tok” platformasında feyk profillər vasitəsilə döyüş əməliyyatları və itkilər olması ilə bağlı yalan məlumatlar paylaşan şəxs – 1998-ci il təvəllüdlü İbrahimli Pərviz Vüqar oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun bu qəbildən olan məlumatları paylaşmaqda məqsədi öyrənilib. Onun əməllərində inzibati xətanın tərkib əlamətləri olduğundan barəsində toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib.
Oxunub: 221
Xəbəri paylaş
Paylaş: