Tovuzda kişi quş vurmaq istəyərkən özünü güllələyib
Tovuz sakini özünü güllələyib. APA xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində baş verib. 1959-cu il təvəllüdlü Arif Rəhmanov yaşadığı evin arxa tərəfində quş vurmaq istəyərkən ehtiyatsızlıqdan ov tüfəngindən açılmış atəş nəticəsində özünə xəsarət yetirib. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 199
Xəbəri paylaş
Paylaş: