Tovuzda qızdırıcının partlaması nəticəsində xəsarət alan şəxs xəstəxanada ölüb
Bədbəxt hadisə nəticəsində ağır yanıq xəsarətləri alan Tovuz sakini müalicə aldığı xəstəxanada dünyasını dəyişib. “Report”un məlumatına görə, 1996-cı il təvəllüdlü A.Abbasova göstərilən tibbi yardımlara baxmayaraq müalicə aldığı xəstəxanada vəfat edib. Qeyd edək ki, mərhum yaşadığı evdə suqızdırıcısının partlaması nəticəsində ağır dərəcəli yanıq xəsarətləri almışdı. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 478
Xəbəri paylaş
Paylaş: