Məzuniyyətə gələn hərbçi faciəvi şəkildə öldü
Məzuniyyətdə olan hərbi qulluqçu yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Mediaxeberleri.AZ Unikal-a istinadən xəbər verir ki, hadisə Mingəçevir şəhəri Günəşli yaşayış massivi, 5 saylı küçədəki fərdi evlərdən birində baş verib. Belə ki, 1983-cü il təvəllüdlü hərbçi Hakim Hüseyn oğlu Nəbiyev məzuniyyətini doğma evində keçirdiyi bir vaxtda hamam otağında dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırma başlanıb.
Oxunub: 416
Xəbəri paylaş
Paylaş: