Analitikdən şok proqnoz: Ukrayna ordusu təslim olacaq
İsveçli analitik Lars Bern bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin tam məğlubiyyəti yalnız zaman məsələsidir. Mediaxeberleri.Az xəbər verir ki, o, bu barədə İsveçin swebbTV nəşrinə müsahibəsində deyib. Onun sözlərinə görə, Ukrayna ordusu təslim olmağa məcbur olacaq, sual bunun məhz nə vaxt baş verəcəyidir. “Müxtəlif Qərb silahlarından istifadə etməklə həyata keçirilən əks-hücum fiaskoya uğradı”, - Bern deyib. O, aydınlaşdırıb ki, hazırda Qərb mediasının nümayəndələri Ukrayna hərbçilərinin ən kiçik uğuru olduğu halda bunu böyük nailiyyət səviyyəsinə çatdırmağa çalışırlar. İsveçli ekspertin fikrincə, Kiyev müharibənin yalnız bir növündə - Qərbdəki təbliğat fəaliyyətində uğur qazanır.
Oxunub: 238
Xəbəri paylaş
Paylaş: