Bakı sakinləri 30 ildir asfalt yola həsrətdirlər - VİDEO
Yağış suları yolları və məhəllələri keçilməz edib. Mediaxeberleri.Az Xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət Suraxanı rayonu Əmircan qəsəbəsi Qulu Quluyev və Elxan Həsənov küçələrindən gedir. Sakinlər iddia edirlər ki, məhəllə yollarına 30 ildir asfalt döşənmir. Yağış yağanda həm yollar, həm də həyətlər gölməçəyə çevrilir. Sakinlər bildiriblər ki, yollar bərbad vəziyyətdə olduğundan taksilər də məhəlləyə gəlməkdən imtina edirlər. Uşaqlar isə məktəbə rahat şəkildə gedib-gələ bilmirlər. Problemin həlli ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, qəsəbədə daxili küçə və yollar növbəli şəkildə təmir olunur. Qeyd olunub ki, adıçəkilən küçələrin əsaslı təmiri növbəti illərdə həyata keçiriləcək. Ətraflı süjetdə: