İntihar edən 27 yaşlı Nurlanın FOTOSU
Xəbər verdiyimiz kimi, dünən Zaqatalada 27 yaşlı oğlan intihar edib. Mediaxeberleri.AZ-ın əldə etdiyi məlumata görə, Yeni Suvagil kəndində yaşadığı evin həyətindəki çardaqda özünü asan 1997-ci il təvəllüdlü Nurlan İmran oğlu Beydullayev subay olub. Onun meyitini dünən saat 12 radələrində anası aşkar edib. Yaxınlarının bildirdiyinə görə, 27 yaşlı Nurlan Rusiyada mövsümi işlə məşğul olurmuş və 2 ay əvvəl rayona qayıdıbmış. Onun hansı səbəbdən həyatına qəsd etməsi hələlik məlum deyil. Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır. Həyatına qəsd edən gəncin fotosunu təqdim edirik:
Oxunub: 352
Xəbəri paylaş
Paylaş: