Tovuzda qızdırıcı partladı, ev sahibi yaralandı
Tovuz rayonunun Xatınlı kəndində evlərin birində qızdırıcı partlayıb. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə nəticəsində kənd sakini 1996-cı il təvəllüdlü Aytəkin Abbasova bədənin 2-3-cü dərəcəli yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 573
Xəbəri paylaş
Paylaş: