ABŞ Türkiyəni bu layihəyə qaytarmağa hazırdır: Bir şərtlə...
Ankaranın aldığı Rusiya S-400 zenit-raket kompleksləri (ZRS) ilə bağlı məsələ həll olunarsa, ABŞ Türkiyəni Amerikanın beşinci nəsil F-35 qırıcılarının istehsalı proqramına qaytarmağa hazırdır. Mediaxeberleri.AZ xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müşaviri Viktoriya Nuland CNN Türk telekanalına müsahibəsində bildirib . Onun sözlərinə görə, tərəflər “Patriot” hava hücumundan müdafiə sisteminin satışı ilə bağlı danışıqlar prosesində olublar, lakin Türkiyə başqa istiqamətə gedib. "Beləliklə, bu gün bir neçə müzakirə apardıq. Aydındır ki, S-400 ilə bağlı məsələni həll edə bilsək, bu, bizim istədiyimizdir, ABŞ Türkiyəni yenidən F-35 layihəsinə qəbul etməkdən məmnun olacaq. Amma əvvəlcə həll etməliyik. Biz bunu həll etməliyik, eyni zamanda Türkiyəni güclü hava hücumundan müdafiə sistemi ilə təmin etməliyik”, - amerikalı diplomat qeyd edib. Xatırladaq ki, Türkiyə 2019-cu ildə Rusiyadan S-400 zenit-raket kompleksləri aldıqdan sonra F-35 proqramından çıxarılıb.