Qırğızıstan-Çin sərhədində ard-arda 4 zəlzələ oldu
Qırğızıstan-Çin sərhədində ard-arda 4 zəlzələ baş verib. Mediaxeberleri.AZ xəbər verir ki, bu barədə Qırğızıstan Milli Elmlər Akademiyasının Seysmologiya İnstitutundan məlumat verilib. 4.5 bal gücündə ilk təkan Bakı vaxtı ilə saat 01:03-də qeydə alınıb. Daha sonra 3 təkan baş verib. Onlardan ən güclüsü 5.9 bal olub. Yeraltı təkanların episentri yanvarın 23-də Çində 7 bal gücündə güclü zəlzələnin baş verdiyi ərazinin yaxınlığında olub.
Oxunub: 540
Xəbəri paylaş
Paylaş: