Xankəndidə 23 nəfər işlə təmin olundu
Antiterror əməliyyatı nəticəsində işğaldan azad olunmuş, o cümlədən Xankəndi şəhərində sahibkarlığın inkişafı ilə bağlı biz sahibkarlıq subyektlərinə müraciət etmişdik. Mediaxeberleri.Az xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Xidmətinin 2023-cü il ərzində fəaliyyətinə və qarşıda duran vəzifələrə dair mətbuat konfransında xidmət rəsi Mətin Eynullayev deyib. O bildirib ki, bu günə qədər ümumilikdə 107 mülki və fiziki şəxsin müraciəti daxil olub: “Biz sahələri şərti olaraq 3 əsas istiqamətə bölmüşük. Birinci istiqamət - həyat təminedici sahələrdi: ticarət, ictimai-iaşə, məişət xidməti, yanacaq doldurma və s. Bu istiqamətdə iki yanacaqdoldurma məntəqəsi fəaliyyətə başlayıb. Mobil-operator və çörəkbişirmə sexi artıq Xankəndi şəhərində fəaliyyət göstərir. Həmin obyektlərdə 23 nəfər işlə təmin olunub. Onlardan 5-i (22%-i) məcburi köçkündür", - o deyib.