Özünü 11-ci mərtəbədən atdı, sağ qaldı
Yanvarın 29-u saat 13 radələrində Bakıda 31 yaşlı kişi intihara cəhd edib. “Qafqazinfo” xəbər verir ki, 1993-cü il təvəllüdlü Nurlan Rövşən oğlu Cəfərzadə özünü Xətai rayonu ərazisində yerləşən 19 mərtəbəli binanın 11-ci mərtəbəsindən atıb. O, ağır bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 244
Xəbəri paylaş
Paylaş: