İrəvan Bələdiyyə Şurasının üzvü Rusiyadan siyasi sığınacaq istəyib
İrəvan Ağsaqqallar Şurasının (Bələdiyyə Şurası) üzvü, “Ana Ermənistan” müxalifət fraksiyasının üzvü Narine Ayrapetyan Rusiyadan siyasi sığınacaq istəyib. Ermənistan mediasının məlumatına görə, o, bununla bağlı bəyanatı canlı yayımda elan edib. Ayrapetyanın sözlərinə görə, Ermənistanda siyasi rəqibələrə və hakim partiyanın nümayəndələrinə qarşı siyasi təqiblər davam edir. N.Ayrapetyan Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryana və “Hayastan” blokunun üzvü Andranik Tevanyana qarşı yalan ifadə verməyə məcbur edildiyini də bildirib.
Oxunub: 409
Xəbəri paylaş
Paylaş: