Azərbaycanlı tələbə Londonda keçirilən beynəlxalq elm müsabiqəsində ilk onluqdadır
İsmayıllı rayonunda təhsil alan Emil Elnur oğlu Ağamirzəyev İngiltərənin paytaxtı London şəhərində keçirilən “Dünya ölkələrinin tarixi (History of world countries) adlı beynəlxalq elm müsabiqəsində ilk onluqda - VIII yerdə qərarlaşıb. Mediaxeberleri.Az xəbər verir ki, 52 ölkədən gəlmiş 2345 şagird arasından fərqlənən həmyerlimiz Türkiyə, Qazaxıstan, Serbiya və İtaliyada keçirilən beynəlxalq müsabiqələrdə də uğur qazanıb. O, 1-10 sentybar tarixlərində ABŞ-ın Nyu-York şəhərində keçirilən beynəxalq konfransda iştirak edib. Həmçinin yerli olimpiadalarda da uğur qazanıb.
Oxunub: 411
Xəbəri paylaş
Paylaş: