ŞOK OLAY! O qədər pornoya baxdı ki, qohumunu zorlamağa getdi
Tailand sakini sərxoş halda 74 yaşlı qohumunu zorlamağa cəhd edib və məhkəmə qarşısına çıxarılıb. Mediaxeberleri.Az xarici mediaya istinadən xəbər verir ki, yanvarın 23-də Uten adlı şəxs evdə oturub, spirtli içki qəbul edib və pornoqrafiyaya baxıb. Onun sözlərinə görə, o, kifayət qədər erotik məzmun görüb və idarəolunmaz cinsi oyanış hiss edib. Sonra o, uzaq qohumuna baş çəkərək onu zorlamaq qərarına gəlib. Kişi yaşlı qadının evinə girib, bir qutu süd içib və onun qayıtmasını gözləyib. Qohumu evə gələndə Uten ona hücum edib. Qadının qışqırtısını qonşular eşidib. Onlar qaçaraq köməyə gəlib və adamı saxlayıblar. Utenə qarşı oğurluq, əxlaqsız davranış və fiziki hücum da daxil olmaqla çoxsaylı ittihamlar irəli sürülüb. Kişi günahını etiraf edib və peşman olduğunu bildirib. Məhkəmə prosesi davam edir.