Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • Arif Mirzəyevin nəşi Azərbaycana gətirildi
  • Həftənin ilk iş günü qar yağacaq
  • Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
  • Azərbaycanda həkim vəfat etdi
  • Bu dəfə general qızı onu məhkəməyə verdi
  • Rusiyada benzin böhranı: Məhdudiyyətlər başlayır
  • Bu binalara istilik verilməyəcək
  • "Mahal MTK"da rüşvət və özbaşınalıq -Müştəriləri belə aldadırlar
  • Azərbaycanlıların olduğu daha bir gəmi dron hücumuna məruz qaldı
  • Sabahın hava proqnozu açıqlandı
  • Bakı şəhərinin Sulutəpə dairəsində səkilər zəbt edilib - sakinlər şikayətçidi
  • Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi
  • "Azərbaycan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyir" - Prezident
  • Bakıda universitet yataqxanasında tələbə qızın meyiti tapıldı
  • Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...
  • "Facebook" istifadəçilərinin gizli fotolarına daxil olub? - "Meta"ya 805 milyon avroluq cərimə
  • Ölüm saçan döşəklər: Yeddi nəfər həyatını itirib, 35 nəfər ağır xəsarət alıb
  • Rəşad Məcidə ağır itki
  • Rusiyanın nəhəng neft-kimya zavodu vuruldu - Video
  • Millətlər Liqası: Türkiyə üçün növbəti çətin sınaq
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Bakıda alman qızla tanış oldu, evində təcavüz etdi: "Bakirə idim..." - Şok təfərrüat

  • Tarix: 29-01-2024, 18:50

Bakının Səbail rayonunda 1994-cü il təvəllüdlü Fəqan Almaniya vətəndaşı Martaya (adlar şərti verilib - red.) təcavüz edib.

Mediaxeberleri.Az Teleqraf.com-a istinadən bildirir ki, Fəqan 8 oktyabr 2022-ci ildə gecə saat 1 radələrində Səbail rayonu, Neftçilər prospektindəki "Pasifico" adlı gecə klubuna gedib.

Orada spirtli içki qəbul edib, əyləndikdən sonra saat 3.50-də klubun həyətində telefonla danışıb, kluba qayıdanda pilləkənlərlə aşağı düşən Almaniya vətəndaşı, 2002-ci il təvəllüdlü Martaya yaxınlaşıb.

O, telefonundakı ingilis dilinə tərcümə funksiyasından istifadə etməklə Marta ilə ünsiyyət qurub.

Sərxoş vəziyyətdə olan Martanı klubun yaxınlığında dayanmış taksi ilə müvəqqəti yaşadığı ünvana gətirib. Qızın dodaqlarından öpüb, qollarından tutaraq evin yataq otağına aparıb. Çarpayıya uzandıraraq onunla cinsi əlaqəyə girib.

İstintaq orqanı tərəfindən Fəqanın barəsində Cinayət Məcəlləsinin 149.1-ci (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) maddəsi ilə ittiham elan edilib.

"İngilis olduğunu düşündüm"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fəqan özünü təqsirli bilməyib. O bildirib ki, 6 oktyabr 2022-ci ildə Səlmə adlı qadından kirayəyə ev götürüb və oktyabrın 9-dan orada tək yaşayıb:

"Oktyabrın gecə saat 1 radələrində kirayədə yaşadığım evdən çıxdım, taksi ilə metronun "Sahil" stansiyası yaxınlığında yerləşən "Pasifico" adlı gecə klubuna getdim. Klubda 100 qram viski içdim, bir qədər oynadım. Təxminən saat 2.30-da giriş qapısının yanına düşdüm və orada xatırlamadığım şəxslə telefonla danışdıqdan sonra klubun 3-cü mərtəbəsinə qalxmaq istədim.

Bu zaman bir qızın, yəni adını sonradan bildiyim Martanın pilləkənlə düşdüyünü gördüm. Ona yaxınlaşdım.

Əslində gecə klubunda rəqs edərkən oradakı xoşuma gələn ən qəşəng qız da elə Marta idi. Əvvəlcə ona salam verdim. Başqa dildə cavab verdiyi üçün onun əcnəbi olduğunu güman etdim. İngilis dilində haralı olduğunu soruşdum. Mənə "ay əm from İnqlənd" dediyi üçün ingilis olduğunu düşündüm. İngilis dilini yaxşı bilmədiyim üçün internetdən tərcümə proqramı vasitəsi ilə həmin xanımla ünsiyyət qurdum".

"Harada istəyirsən, fərqi yoxdu..."

Təqsirləndirilən şəxs bildirib ki, təxminən 5-6 dəqiqə klubun həyətində tərcümə proqramı ilə söhbət ediblər: "Telefona əylənmək istəyirsənmi yazdım və tərcüməsini Martaya göstərdim. Marta "okey" deyə cavab verdi. Bundan sonra telefona "harada əylənmək istəyirsən" yazdım. Marta da telefonuma ingiliscə cümlə yazdı.

Telefonda tərcümə etdikdə "harada istəyirsən, fərqi yoxdur" yazıldı. Telefona "evdə tək qalıram, istəsən gedək bizə, oturaq tanış olaq və istəsən cinsi əlaqədə olarıq" yazaraq proqramda ingilis dilinə tərcümə etdim və Martaya göstərdim. Marta da bunu oxudu və "okey" dedi".

"Bir-birimizə söykəndik"

Fəqanın ifadəsinə görə, klubun qarşısında dayanmış "Toyota Prius" markalı avtomobilə yaxınlaşıb və kirayədə yaşadığı mənzilə aparmasını xahiş edib:

"Marta ilə arxa oturacaqda oturduq. Təxminən 7-8 dəqiqə maşınla getdik. Yolda danışmadıq, sakitcə getdik. Hər ikimiz içkili idik. Hətta maşında mənə "kiss you", yəni öpürəm səni dedi.

Biz yolda mehriban getdik, bir-birimizə söykəndik, aramızda heç bir narazılıq olmadı. Maşınla yaşadığım ünvanda blokun qarşısına gəldik. Həmin vaxt şlaqbaum açıq idi. Taksi blokun qarşısına kimi sürdü. Sonra taksi şoferini yola saldım. Marta ilə bloka daxil olduq və liftlə 6-cı mərtəbəyə qalxdıq.

Blokda və liftdə bizdən başqa adam yox idi. Marta ilə çox mehriban olduq. Açarla evin qapısını açdım. Əvvəlcə Marta mənzilə daxil oldu, sonra mən mənzilə girdim. Qapını içəridən bağladım. Bundan sonra mənzilin mətbəxinə keçdik və stuluna əyləşdik.

Mətbəx stolunun üzərində olan şərabı Marta başına çəkmək istəyəndə şərabın şüşəsini aldım və stəkanlara süzdüm. Təxminən hərəmiz bir qurtum içdik".

"İyrəndiyim üçün öpüşmədim"

Fəqanın ifadəsinə görə, bundan sonra telefonda mahnı səsləndirib: "Əvvəlcə Marta oynamağa başladı. Sonra mən də qalxaraq Marta ilə qarşı-qarşıya oynadım. Marta məni qucaqladı və öpdü. Mən də onu öpməyə başladım. Təxminən 3-4 dəqiqə ayaq üstə öpüşdük. Marta mənim intim yerlərimi sığalladı, mənim də cinsi ehtirasım oyandı. Biz yataq otağına keçdik. Orada soyunduq. Çarpayıda oturduq, əvvəlcə Marta ilə seksual xarakterli hərəkətlər etdik. Sonra cinsi əlaqədə olduq.

Martadan qan açıldı, qandan pis qoxu gəldiyi üçün onun aybaşı olduğunu fikirləşdim, cinsi əlaqəni dayandırdım. Bu zaman Marta mənimlə öpüşmək istədi. Mən isə iyrəndiyim üçün öpüşmədim, ayağa duraraq paltarlarımı yerdən götürdüm, mətbəxə keçərək orada geyindim.

Bir-iki dəqiqə sonra Marta şalvarını götürərək mətbəxə gəldi. Şalvarını geyindi və stulda oturaraq şərabdan bir qurtum içdi".

"Təzədən kluba qayıtdıq"

Fəqan qeyd edib ki, bundan sonra ikisi də mənzilin çöl qapısının yanına gəliblər: "Ayaqqabılarımizi geyindik. Martanın şalvarının düyməsinin açıq olduğunu gördüm və düyməni bağladım. Marta qapının yanında dayandı. Mən də qapını çöldən bağlamaq üçün mətbəxə keçdim və açarı götürdüm. Liftə mindik, liftdə Marta belimdən mehribancasına tutmuşdi. O, gülə-gülə mənə nəsə dedi. Amma başa düşmədim.

Liftdən çıxandan sonra "Pasifico" kluba getmək üçün taksi sifariş etdim. Maşının arxa qapısını açdım, Marta özü maşına oturdu. Sonra qapını örtdüm. Artıq iyrəndiyim üçün qabaq oturacaqda oturdum. Təxminən 7-8 dəqiqə ərzində "Pasifico" klubun qarşısına gəldik.

Taksidən düşərək Martanın əyləşdiyi qapını açdım. Marta maşından endi. Taksi getdikdən sonra mənzildə Martadan gələn pis qoxulu qan gözümün qarşısına gəldi. Klubun qarşısında qusdum. Həmin vaxt Marta məndən 5-6 metr aralıda dayandı.

Martanın yanına gələndə əl işarəsi ilə necə olduğumu soruşdu, mən də yaxşı işarəsi verdim. Birlikdə liftlə 3-cü mərtəbəyə qalxdıq, kluba daxil olduq. Sonra Marta ilə sağollaşdım. Təxminən 3-4 dəqiqə sonra klubun eyvanına çıxdım. Sonra Martanın klubun həyətindən getdiyini gördüm".

"Məndən incidi, buna görə də..."

Təqsirləndirilən şəxs qeyd edib ki, təxminən 2-3 dəqiqə sonra klubdan çıxıb və taksi ilə evə gedib: "Mənzilə daxil olanda qanın iyi evə çökdüyü üçün pəncərələri açdım. Döşəkağını paltaryuyan maşında yudum, döşəməni sildim. Sonra digər yataq otağına keçərək yatdım. Martadan telefon nömrəsi və digər məlumatlarını götürmədim. İyrəndiyim üçün gələcəkdə onunla əlaqə saxlamaq istəmədim.

Cinsi əlaqədə olan zaman Martaya zor tətbiq etməmişəm. Razılıq əsasında cinsi əlaqədə olmuşam, ona xəsarət yetirməmişəm. Mənim qarnımda sıyrıq xəsarəti olub. Məlum hadisədən 10 gün qabaq Yasamal rayonunda xatırlamadığım ünvanda çöl pişiyi ilə oynayarkən pişik caynağı ilə cızılıb. Cüzi cızıq olduğu üçün heç bir xəstəxanaya müraciət etməmişəm. Həmin cızığı heç kim görməmişəm.

Martanın bədəninin gördüyüm hissələrində heç bir xəsarət olmayıb. Onunla işıqlı otaqda cinsi əlaqədə olmuşam. Marta mənə müqavimət göstərməyib. O, ingilis dilində cinsi əlaqədə olmaq istəmədiyini deməyib. Buna işarə də etməyib.

Cinsi əlaqəni dayandırdığım üçün Martanın üz cizgilərindən incidiyi hiss olundu, amma mənə heç nə demədi. İncikliyi aradan qaldırmaq üçün onun alnından öpdüm, saçını oxşadım".

"Dostumuzun evində yaxşı vaxt keçirdik"

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Martanın sözlərinə görə, Almaniyanın Flensburq şəhərində doğulub: "2022-ci ilin əvvəllərində Azərbaycanda bir lahiyədə iştirak etmək üçün Almaniyadakı tərəfdaş təşkilata ərizə ilə müraciət etdim. 1 fevral 2022-ci ildə Azərbaycana gəldim və Sumqayıt şəhərində təşkilatda könüllü işləməyə başladım.

Sumqayıt şəhərində 5-ci mikrorayonda yerləşən Gənclər Evində rəfiqəm Klara ilə birlikdə yaşadım. Oktyabrın 7-də saat 19.30-da dostlarımla toplaşdıq, yemək yeyib, bir qədər vaxt keçirdik. 3 stəkan şərab, 50 qram araq içdim. Dostlarım da içdilər. Biz dostumuzun evində yaxşı vaxt keçirdik, bir-birimizlə mübahisə etmədik. Saat 12-də radələrində hamımız Səbail rayonu ərazisində yerləşən "Crazzy Bear" gecə klubuna getdik. İçki içib, rəqs etdik, 1 stəkan alkoqollu kokteyl içdim".

"Panikaya düşdüm"

Zərərçəkmiş qeyd edib ki, oktyabrın 8-ə keçən gecə təxminən saat 2 radələrində dostları ilə birlikdə "Pasifico" adlı gecə klubuna gediblər: "Orada da spirtli içki içib rəqs etdik, sərxoş olduq. Təxminən saat 4 radələrində tualetə getmək üçün dostlarımdan aralandım. 10-15 dəqiqə keçdikdən sonra dostlarımın dediyinə görə, geri qayıtmadığımdan şübhələnərək məni axtarmağa başlayıblar.

Mən tualetdən çıxaraq dəqiq haraya getdiyimi xatırlamadan yola düşdüm və bir də onda ayıldım ki, tanımadığım 25-30 yaşlı bir kişi ilə taksinin qarşında dayanmışam. Biz taksiyə minərək naməlum istiqamətdə hərəkət etdik. Bir-birimizə çox sıx oturduq, nəsə danışıb-danışmadığımızı xatırlamıram. Ancaq çox sərxoş idim.

Həmin şəxs məni çoxmərtəbəli bir binanın içindəki mənzilə apardı. Sonra isə nə olduğunu xatırlamadan gördüm ki, şalvarım əynimdə deyil. Panikaya düşdüm, qapıya doğru qaçdım. Cəftəni sağa-sola buraraq açmaq istədim. Amma aça bilmədim".

"Alman və ingilis dillərində "istəmirəm" dedim"

Martanın ifadəsinə görə, bu vaxt həmin oğlan onu arxadan qollarından bərk tutub və özünə tərəf dartıb: "Məni iradəmə zidd olaraq öpməyə başladı. Alman və ingilis dillərində "istəmirəm" dedim. Spirtli içkinin təsirindən gücsüz və halsız olduğundan ona tam müqavimət göstərə bilmədim. Həmin şəxs məni sərt bir yerə yıxaraq üstümə çıxdı. Onu itələmək istəsəm də, gücüm çatmadı.

O, zorla mənimlə cinsi əlaqədə oldu. Bundan sonra huşum getdiyi üçün nə baş verdiyini xatırlamamışam. Ayılanda tamamilə qana bulaşdığımı, həmin oğlanın üzərimdə olduğunu gördüm. Panikaya düşdüm, huşumu itirdim və ayılanda özümü avtobus dayanacağında gördüm. Mənzildən necə çıxmağımı xatırlamıram".

"Polisə şikayət etdik"

Zərərçəkmiş deyib ki, bu vaxt dostlarından biri onu görüb və yaxınlaşıb: "Digər dostlarımın klubda olduğunu bildirdim, kluba yenidən daxil olmaq istədim. Amma təhülkəsizlik xidməti məni içəri buraxmadı. Mən də avtobus dayanacağına getdim. Həmin evdən necə gəlib avtobus dayanacağına çatdığımı xatırlaya bilmirəm. Sanki hər şey yuxu kimi görsəndi. Piyada təxminən 10-15 dəqiqə ərzində Maksın evinə getdim, gecəni orada qaldım. Maksın evində Klara ilə birlikdə yatdıq.

Saat 11.30-da yuxudan oyandım. Bədənimə baxdıqda qollarımın və sol bud hissənin göyərdiyini gördüm. Klaranın tanışı Könüllə əlaqə saxladıq, polisə necə müraciət edə biləcəyimizi soruşduq. Könül və Sevil Maksın evinə gəldilər. Onlara nə baş verdiyini danışdım. Sevil əng edərək bu barədə polisə məlumat verdi".

Zərərçəkmiş qeyd edib ki, növbəti gün, saat 8 radələrində yuxudan oyanıb, Klara ilə birlikdə Bakı şəhərinə gəlib, nümayəndəsi Vüsalə ilə görüşüb: "Hadisə zamanı əynimdə olmuş paltarları polis əməkdaşlarına təhvil verdim. Klara ilə birlikdə Sumqayıt şəhərinə yaşadığımız evə gəldik. Zəng edərək valideynlərimə hadisə barədə məlumat verdim".

Zərərçəkmişin sözlərinə görə, oktyabrın 10-da Klara ilə birlikdə Bakı şəhərinə gəlib, nümayəndəsi Vüsalə xanımla görüşüb və saat 16 radələrinə kimi müvafiq eskpertiza müayinələrindən keçib: "Yenidən Klara ilə Sumqayıta qayıtdıq, birlikdə evdə olduq. Əvvəllər heç kimlə cinsi əlaqədə olmamışam".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fəqan 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Fəqanın müdafiəçisi apellyasiya şikayəti verib.

Müdafiəçi Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsini, Fəqanın barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Bu şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Apellyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, apellyasiya şikayəti təmin edilməyib.


Oxunub: 450
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 15:36 | Arif Mirzəyevin nəşi Azərbaycana gətirildi
    Bu gün, 14:02 | Həftənin ilk iş günü qar yağacaq
    Bu gün, 14:00 | Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
    Bu gün, 13:59 | Azərbaycanda həkim vəfat etdi
    Bu gün, 13:42 | Bu dəfə general qızı onu məhkəməyə verdi
    Bu gün, 13:39 | Rusiyada benzin böhranı: Məhdudiyyətlər başlayır
    Bu gün, 13:38 | Bu binalara istilik verilməyəcək
    Bu gün, 12:51 | "Mahal MTK"da rüşvət və özbaşınalıq -Müştəriləri belə aldadırlar
    Bu gün, 12:48 | Azərbaycanlıların olduğu daha bir gəmi dron hücumuna məruz qaldı
    Bu gün, 12:47 | Sabahın hava proqnozu açıqlandı
    Bu gün, 12:38 | Bakı şəhərinin Sulutəpə dairəsində səkilər zəbt edilib - sakinlər şikayətçidi
    Bu gün, 12:28 | Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi
    Bu gün, 12:26 | "Azərbaycan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyir" - Prezident
    Bu gün, 12:25 | Bakıda universitet yataqxanasında tələbə qızın meyiti tapıldı
    Bu gün, 12:22 | Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...
    Bu gün, 12:18 | "Facebook" istifadəçilərinin gizli fotolarına daxil olub? - "Meta"ya 805 milyon avroluq cərimə
    Bu gün, 12:15 | Ölüm saçan döşəklər: Yeddi nəfər həyatını itirib, 35 nəfər ağır xəsarət alıb
    Bu gün, 12:11 | Rəşad Məcidə ağır itki
    Bu gün, 11:16 | Rusiyanın nəhəng neft-kimya zavodu vuruldu - Video
    Bu gün, 11:13 | Millətlər Liqası: Türkiyə üçün növbəti çətin sınaq
    Bu gün, 11:10 | Azərbaycan XİN: Fələstin xalqını və hökumətini Milli Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik
    Bu gün, 10:51 | Rəşad Məcidə AĞIR İTKİ
    Bu gün, 10:49 | Tikintiyə icazə prosedurları sadələşdirilir - VİDEO
    Bu gün, 10:48 | Hüseyn Abdullayevin anası: “Şikayət ərizəmizi geri götürmüşük, cənab Prezidentdən kömək istəyirik”
    Bu gün, 10:46 | Tanınmış aparıcı Xəzər TV-dən getdi
    Bu gün, 09:55 | Əgər Rusiya bunu işə salarsa, ciddi problem yaranacaq
    Bu gün, 09:53 | Millətlər Liqası: Portuqaliya ağır məğlubiyyət aldı
    Bu gün, 09:52 | Ət yeməyənlərdə xərçəng riski daha azdır - Diqqət!
    Dünən, 20:26 | İran Qeşm üzərində ABŞ PUA-sını məhv etdi
    Dünən, 19:45 | AzTV-nin sabiq idarə rəisi vəfat etdi
    Dünən, 19:43 | Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
    Dünən, 19:42 | Küləkli hava şəraiti ilə bağlı müraciət edildi
    Dünən, 19:41 | Avtobusda sərnişini talan edən şəxs saxlanıldı
    Dünən, 19:39 | Azərbaycan nefti ucuzlaşdı
    Dünən, 19:06 | Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi
    Dünən, 19:04 | Həbsdəki jurnalist əməliyyat olunub
    Dünən, 18:51 | DOĞUM AZALIR, BOŞANMALAR ARTIR... – Cəmiyyəti hansı problemlər gözləyir?
    Dünən, 16:05 | Naxçıvan daş duz yatağında geoloji kəşfiyyat işləri aparılacaq
    Dünən, 15:57 | "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
    Dünən, 15:37 | Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb
    Dünən, 15:36 | Sumqayıtda beş avtomobil toqquşdu
    Dünən, 15:34 | Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
    Dünən, 14:04 | Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto
    Dünən, 14:00 | Borcu olan sakinlər istiliksiz qalacaq - Rəsmi
    Dünən, 13:58 | Bu gün Millətlər Liqasında 8 oyun keçiriləcək
    Dünən, 12:23 | Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol
    Dünən, 12:20 | Salah Misir millisində rekorda imza atdı
    Dünən, 12:13 | Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
    Dünən, 11:20 | Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu
    Dünən, 11:12 | Xəyyam Salehov müdir təyin edildi - FOTO
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.