Ruslar kütləvi şəkildə bu türk respublikasına axın edir
2023-cü ildə Rusiyadan Özbəkistana turist axını 25,8 faiz artıb. Mediaxeberleri.AZ xəbər verir ki, keçmiş SSRİ-nin bu respublikasına yerli turistlərin kütləvi şəkildə axın etməsi faktını RİA Novosti Özbəkistanın statistika agentliyinə istinadən bildirib. Qeyd olunub ki, 2023-cü ildə ölkəyə 714,2 min rusiyalı səfər edibsə, 2022-ci ildə bu rəqəm 567,7 min olub. Bundan əlavə, agentliyin məlumatına əsasən 2023-cü ildə Özbəkistana xarici turistlərin ümumi axını 27 faiz artaraq 6,6 milyon nəfər təşkil edib.
Oxunub: 205
Xəbəri paylaş
Paylaş: