Nazir açıqladı: Evdar qadınlara maddi yardım veriləcək
Türkiyənin Əmək və sosial müdafiə naziri Vedat Işıkhan evdar qadınlara maddi dəstək vermək üçün hərəkətə keçdiklərini bildirib və detalları paylaşıb. Mediaxeberleri.Az xəbər verir ki, AK Partiyanın seçki vədlərindən biri olan evdar xanımlara veriləcək maddi dəstəyin təfərrüatları gün keçdikcə aydınlaşır. Son olaraq Kanal 7-də yayımlanan proqrama qonaq olan Vedat Işıkhan maraqla gözlənilən işin təfərrüatlarını açıqlayıb: “Evdar qadınlara maddi dəstək vermək üçün işə başladıq. Biz öhdəliyə düşən sığorta haqqının üçdə birinin dövlət tərəfindən ödənildiyi bir sistem qururuq. Xüsusilə vurğulamaq istərdim ki, bu prosesdə heç bir gecikmə olmayacaq. Məqsədimiz bunu ortamüddətli perspektivdə tətbiq etmək olacaq”.
Oxunub: 218
Xəbəri paylaş
Paylaş: