İstanbulda kilsəyə hücum: 40-dan çox şəxs tutuldu
İstanbulda “Santa Mariya” kilsəsinə hücumda şübhəli bilinən şəxs hüquq-mühafizə orqanları tərəfindən yaxalanıb. Mediaxeberleri.AZ xəbər verir ki, adı açıqlanmayan şəxsin İstanbul Terrorizmlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığı bildirilib. *** Bu səhər "Santa Mariya" kilsəsində bazar ayini zamanı Tuncer Cihan adlı vətəndaşımızın ölümünə səbəb olan iki qatil yaxalanıb. Bu barədə Türkiyə daxili işlər naziri Əli Yerliqaya deyib. O bildirib ki, əməliyyat zamanı şübhəli şəxs qismində ümumilikdə 40-dan çox şəxs saxlanılıb. Saxlanılanlar arasında Rusiya vətəndaşı da var. Qeyd edək ki, bu gün "Santa Mariya" kilsəsinə silahlı hücum edilib.
Oxunub: 342
Xəbəri paylaş
Paylaş: