Sentyabrda yaralanan hərbçimiz şəhid oldu - FOTO
Sentyabrın 19-20-də düşmən təxribatının qarşısını alan zaman ağır yaralanan müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAXE) Hacıəli Tahir oğlu Qasımov dünən şəhid olub. Mediaxeberleri.AZ unikal.az-a istinadla xəbər verir ki, bu barədə Tovuz rayonu İcra Hakimiyyətinin Qaraxanlı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mətləb Cəfərov deyib. 2002 ci il təvəllüdlü Qasımov Hacıəli Tahir oğlu Tovuz rayon Qaraxanlı kəndində anadan oldub. O, bu gün kənd qəbristanlığında dəfn olunacağı nəzərdə tutulub. Allah rəhmət eləsin.
Oxunub: 467
Xəbəri paylaş
Paylaş: