Pxenyandan xəbərdarlıq: Nüvə müharibəsi olacaq...
ABŞ-ın təxribatçı hərəkətləri ona gətirib çıxardı ki, Koreya yarımadasında vəziyyət təhlükəli həddə çatdı və müharibənin dünya nüvə müharibəsinə çevrilməsi perspektivi real oldu. Mediaxeberleri.AZ xəbər verir ki, bu barədə Şimali Koreyanın Əmək Partiyasının rəsmi orqanı olan “Nodon sinmun” qəzeti yazıb. “Pxenyanda hesab edirlər ki, ABŞ dünyanın hər yerində toqquşmalara səbəb olur və bu hərəkətlər yeni dünya müharibəsinin başlanmasına gətirib çıxarır. Bu gün Koreya yarımadasında təhlükəsizlik vəziyyəti daha təhlükəli həddə çatır və “müharibə” sözü reallığa çevrilir. Koreya yarımadasında müharibə olarsa, bu, dünya nüvə müharibəsinə çevriləcək və bəşəriyyətə saysız-hesabsız fəlakətlər gətirəcək”.
Oxunub: 363
Xəbəri paylaş
Paylaş: