Yeni Günəşlidə istilik problemi: Mənzillərdə olmayan istiliyə görə borc yazılır - VİDEO
Paytaxtın Suraxanı rayonu Yeni günəşli qəsəbəsi, D massivindəki 1 nömrəli binanın sakinləri deyir ki, qışın bu çağında mənzillərə istilik verilmir. Mediaxeberleri.Az xəbər verir ki, istiliklə təchiz edilmədikləri halda da adlarına borc yazılıb. Sakinlər iddia edirlər ki, binada sistem mövcud olsa da, mənzillərdə istilik yoxdur. İstifadə etmədikləri halda istiliyə görə borcun yazılması və qurumun onlara verdiyi cavab sakinlərin narahatlığını daha da artırıb. Məsələ ilə əlaqədar Azəristiliktəchizat ASC-dən isə bildirilib ki, sözügedən binaların istiliklə bağlı problemi yoxdur. Daha ətraflı videomaterialda:
Oxunub: 375
Xəbəri paylaş
Paylaş: