Futbolçu oyun zamanı huşunu itirdi, dünyasını dəyişdi
Yunanıstanda “Eptalofos” və “Europos” həvəskar komandaları arasında keçirilən oyun zamanı 33 yaşlı futbolçu Timoteos Karasavvidis dünyasını dəyişib . Mediaxeberleri.Az xəbər verir ki, o, matçın 37-ci dəqiqəsində huşunu itirib. Yarımmüdafiəçiyə ilkin tibbi yardım göstərilib. Hadisə yerinə gələn təcili yardım onu yerli xəstəxanaya çatdırıb. Həkimlərin səylərinə baxmayaraq, Timoteos dünyasını dəyişib . Karasavvidisin 2 övladı var idi.
Oxunub: 225
Xəbəri paylaş
Paylaş: