Mediaxeberleri.az
    
  • Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
    Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
  • 
  • "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
    "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
  • 
  • Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
    Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
  • 
  • 300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
    300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
  • 
  • “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
    “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
  • 
  • Qızı Yaşar Nurini belə yad etdi - Foto
    Qızı Yaşar Nurini belə yad etdi - Foto
  • 
  • Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
    Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
  • 
  • Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
    Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
  • 
  • Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
    Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
  • 
  • “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
    “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
  • 
  • UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
    UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
  • 
  • Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
    Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
  • 
  • Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
    Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
  • 
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
    Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
  • 
  • İcra başçısı vətəndaşların müraciəti ilə yerində tanış olub - FOTOLAR
    İcra başçısı vətəndaşların müraciəti ilə yerində tanış olub - FOTOLAR
  • 
  • İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
    İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
  • 
  • Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
    Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
  • 
  • Uzun illər sonra efirə qayıdır
    Uzun illər sonra efirə qayıdır
  • 
  • Bəzi ərazilərdə işıq olmayacaq
    Bəzi ərazilərdə işıq olmayacaq

Son xəbərlər :
  • Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108 illiyi və prokurorluq işçilərinin peşə bayramı Ağstafada da qeyd olunub
  • “Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb - FOTO
  • Ağstafada müəllim yoldaşı ilə dalaşan qadın: "Məni telefonla çəkirdi" - VİDEO
  • Gəncədə zəhərlənən şagirdlərin sayı 7-yə çatdı
  • Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
  • Tiflisə getmək istəyənlərə şad xəbər!
  • Ağstafada şəhid anası Şəriqə Ələsgərovanın dəfn mərasimi keçirilib
  • İŞSİZ QALANLARA MADDİ DƏSTƏK... - Kimlər və nə qədər pul ala bilər?
  • 400 manata 15 saat: "Sevimli dad" işçi axtarır, yoxsa nökər?
  • Müəllimlərə 5 Oktyabrda birdəfəlik mükafat veriləcək?
  • Sabah güclü yağış yağacaq
  • Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər
  • Bu şəxslər maaşdan əlavə pul alacaq
  • Gəncədə 5 şagird bufetdən aldıqları şirniyyatdan zəhərləndi
  • Gələn ildən “uşaqpulu” verilə bilər – AÇIQLAMA
  • Bu ərazidə evlər tikilir – yarım milyona yaxın vəsait sərf olunacaq
  • Millətlər Liqası: bu gün 8 matç baş tutacaq
  • Şəhid anası Şəriqə Ələsgərovanın dəfn mərasimi keçirilib
  • AĞSTAFADA MÜƏLLİMƏ DÖYÜLÜB - VİDEO
  • Qazaxda 1 Oktyabr - Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Otuz ildən sonra qəflət yuxusundan ayılmış AŞPA…

  • Tarix: 26-01-2024, 14:58

              Azərbaycan müstəqilliyinin ilk illərindən beynəlxalq riyakarlıqla üz-üzədir. Bu sırada Avropa Şurası Parlament Assambleyasının Azərbaycana qarşı son addımları təəccüb doğurmamalıdır. Biz torpaqlarımızın işğal altında qaldığı, o torpaqlarda bütün yaşayış məntəqələrimizin yerlə yeksan edildiyi, yüz minlərlə insanın öz ata-baba yurdlarından didərgin düşdüyü, mədəni irsimizə aid abidələrin və dini abidələrimizin darmadağın edildiyi otuz ildə AŞPA kimi bir təşkilatın səsini eşitmədik. Bu təşkilat işğal dövründə bir dəfə də olsun Ermənistana "gözün üstündə qaşın var" demədi. Otuz işğal ilində Azərbaycana bəslənilən bu iyrənc münasibəti ortadaykən AŞPA-nın indi bizdən nəsə tələb etmək haqqı varmı? AŞPA kimi qondarma təşkilatlar böyük güclərin əlində başqalarına təzyiq alətindən başqa heç nə deyil.

AŞPA üç ay bundan öncə - 23 oktyabr 2023-cü il tarixixdə “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə qəbul edərək, Qarabağ torpaqlarımızda 19 sentyabr tarixində keçirtdiyimiz lokal antiterror əməliyyatlarına görə Azərbaycanı açıq-aşkar təhdid etmişdi. Azərbaycan Ordusunun bölgədə terrorizmin və separatizmin kökünü birdəfəlik kəsməyə yönəlmiş lokal xarakterli antiterror əməliyyatlarını hərbi əməliyyatlar kimi qiymətləndirib, “Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti”ndən ciddi narahatlıq ifadə edilən bu sənəddə AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnaməsini 2024-cü ilin ilk iclasında tanımamaqla hədələyib. Deməli, AŞPA-nın indi atdığı addım ən azı 3 ay bundan öncə planlaşdırılıb. Azərbaycan AŞPA-nın keçən ilin oktyabr ayında qəbul etdiyi o bədnam qətnamədən ötən müddət ərzində nə etməli idi ki, AŞPA ilin yekunlarına həsr olunacaq toplantıda Azərbaycan nümayəndə heyətinin mandatını təsdiq etsin? Bu “ağalar”ın təbirincə ötən müddət ərzində biz erməni terrorçularını Qarabağ torpaqlarımıza qaytarmalı və lokal antiterror əməliyyatları zamanı müsadirə etdiyimiz hərbi texnikanı və hərbi sursatları onlara qaytarıb deməliydik ki, "buyurun, davam edin, öz əməllərinizi"…

AŞPA kimi təşkilatların bu şəkildə davranışları siyasi "fahişəlik"dir. Bunun başqa bir adı yoxdur. Ona görə də Azərbaycan nümayəndə heyəti də çox haqlı olaraq, ləyaqətini artıq çoxdan itirmiş bu təşkilatdakı fəaliyyətini qeyri-müəyyən vaxta təxirə saldı. Mən hesab edirəm ki, biz Azərbaycanın haqq işinə qarşı çıxan ölkələrlə və beynəlxalq təşkilatlarla müstəsna olaraq, onların başa düşdükləri dildə danışmalıyıq.

Bəs AŞPA-nın bu addımmlarını kimlər tətikləyir? Bu sual da cavabsız deyil. Qarabağ torpaqlarımızda bir günlük lokal antiterror əməliyyatlarından sonra Fransanın Azərbaycana qarşı beynəlxalq müstəvidə hər hansı bir qərar qəbul edilməsi üçün göstərdiyi canfəşanlıqlar bir-birinin ardınca fiaskoya uğradı. Bunu görən Qərb, Fransaya dəstək üçün Almaniyanı da bu sıraya qoşdu. Dünyaya iki cahan savaşı bəxş edib, on milyonlarla insanın ölümünə səbəbkar olmuş bir xalqın nümayəndələri harada təmsil olmalarından asılı olmayaraq, mənsub olduqları xalqın tarixdə törətdiyi cinayətlərin məsuliyyətini bir an belə unutmamalıdırlar. Ancaq görünən budur ki, "mədəni" xalq imicini yaratmağa cəhd edən almanların "genlər"indəki bəd niyyət heç vaxt onları tərk etməyəcək.

AŞPA kimi bir oyuncaq təşkilatı Azərbaycana qarşı "hürüdənlər" nə qazanacaqlar? Azərbaycan 30 ildir ki, bu qəbildən olan basqılarla üz-üzə olsa da onun karvanı dayanmır – yəni it hürsə də, karvanımız öz yoluna davam edir…

Azərbaycana qarşı bütün bu basqılar son bir neçə ildə nədən bu qədər artıb? Qərbin bu oyunlarının 44 günlük ikinci Qarabağ savaşındakı qələbəmizdən və xüsusilə də keçən ilin 19-20 sentyabr tarixində Qarabağda separatizmin kökünü kəsən lokal antiterror əməliyyatlarımızdan sonra bu şəkildə güclənməsinin əsl səbəbi də torpaqlarımızı öz gücümüzlə işğaldan azad etməyimiz, o torpaqlarda kök salmış separatizmin kökünü birdəfəlik kəsməyimizdir.

Bu qıcığı son aylarda yaradan bir başqa amil isə odur ki, Azərbaycanla Ermənistan öz aralarında sülh müqaviləsini vasitəçilərin xidmətindən istifadə etmədən bağlamaq istiqamətində müəyyən addımlar atmağa başlayıblar.

Qərb bu bölgədən nə istəyir? Onun nə Ermənistan nə də Azərbaycan sevgisi yoxdur. Qərb sadəcə Cənubi Qafqazdan Rusiyanı hansı yolla olursa-olsun vurub çıxartmaq və burada əsaslanmağı düşünür. Çünki bölgənin hazırkı imkanlarını, eyni zamanda perspektivdə onun nə qədər böyük əhəmiyyət kəsb edəcəyini yaxşı anlayır. Bir sözlə, Qərb və onun bugünkü sözçüsü Fransa, Azərbaycan başda olmaqla, Cənubi Qafqazın nəhəng bir nəqliyyat və ticarət mərkəzinə çevriləcəyini yaxşı bilir. Bu səbəbdən indidən bölgənin aktiv oyunçusuna çevrilməyə cəhd göstərir. Lakin bütün canfəşanlıqlara baxmayaraq, bu da Qərb üçün həlli mümkün olmayan bir məsələdir.

Qərbin bu çirkin oyunlarından sonra Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin gecikməsinin gerçək səbəbləri ortaya çıxır. Sülh müqaviləsinin bağlanması prossesinin uzadılmasının arxasında Qərb və ilk növbədə Fransa dayanır. Ermənistan bu məsələdə müstəqil hərəkət etmək və qərar qəbul etmək imkanlarından özünü artıq çoxdan məhrum edib. Nikol Paşinyanın sülh müqaviləsi ətrafındakı bütün bəyanatları sadəcə əsası olmayan boş danışıqdan başqa heç nə deyil. Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamağı gerçəkdən istəsə belə, Qərb və onun qızışdırıb ortaya saldığı Fransa buna imkan verməyəcək. Çünki, sülh müqaviləsinin bağlanması ilə Cənubi Qafqazda mövcud olan münaqişə ocağı tam sönmüş olacaq.

  • Bəs o halda dünyanın hər yerində özünə yalnız yaratdıqları və idarə etdikləri konfliktlərlə yer alan Qərb güclərinin və xüsusilə də Fransanın Cənubi Qafqaza giriş qapısı haradan olacaq?
  • Bölgədə konflikt yoxdursa, Fransa kimi ölkə bu bölgəyə hansı adla, kimin “hüquqlarını müdafiə etmək” üçün gələcəklər?

Bu səbəbdən Fransa və onun arxasında dayanan digər böyük güclər öncə Qarabağa ermənilərin qaytarılmasına və onlara hər hansı bir statusun alınmasna çalışırlar. Hesab edirlər ki, sülh müqaviləsinin bağlanmasının vaxtını uzadıb, Azərbaycana müxtəlif formalarda təzyiq göstərməklə, öz məqsədləri istiqamətində addımlamağa məcbur edə bilərlər.

Çox qəribə bir mənzərə yaranıb: Ermənistan hakimiyyəti və onun "baş"ında dayanan Nikol Paşinyan artıq dəfələrlə "Qarabağ, Azərbaycandır" deyib, Azərbaycanın ərazi bütövlüyünü tanısa da və keçən ilin sentyabr ayının 19-da Azərbaycan Ordusunun keçirdiyi lokal antiterror əməliyyatından sonra Qarabağdan Ermənistana könüllü şəkildə köçüb getmiş ermənilərin geri qaytarılması ilə əlaqədar heç bir təşəbbüs göstərməsə də, Fransa və onun təsir dairəsində olan AŞPA kimi qondarma təşkilatlar bu məsələdə sakitləşmək bilmir. Fransa senatı və AŞPA bununla bağlı qətnamə qəbul edir, ermənilərin "geri qaytarılması"nı və onlara təminat verilməsini tələb edirlər. Halbuki, Ermənistan parlamenti bununla bağlı artıq çoxdan susub. Bunlar artıq ermənidən daha çox erməni olmaq yolunu tutublar. Təbi ki, bunun əsas səbəbi erməni sevgisi deyil. Hazırda həmin ermənilər Qərbin Cənubi Qafqaza girmə arzusundan ötrü son və yeganə ümid alətidirlər. Bütün bunlar bir daha aydın göstərir ki, sülh müqaviləsinin bağlanmasına kimlər və nə üçün mane olurlar.

Fikrət Yusifov

İqtisad elmləri doktoru, professor


Oxunub: 392
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 18:24 | Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108 illiyi və prokurorluq işçilərinin peşə bayramı Ağstafada da qeyd olunub
    Bu gün, 18:18 | “Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb - FOTO
    Bu gün, 18:15 | Ağstafada müəllim yoldaşı ilə dalaşan qadın: "Məni telefonla çəkirdi" - VİDEO
    Bu gün, 18:13 | Gəncədə zəhərlənən şagirdlərin sayı 7-yə çatdı
    Bu gün, 17:40 | Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
    Bu gün, 16:59 | Tiflisə getmək istəyənlərə şad xəbər!
    Bu gün, 16:56 | Ağstafada şəhid anası Şəriqə Ələsgərovanın dəfn mərasimi keçirilib
    Bu gün, 15:22 | İŞSİZ QALANLARA MADDİ DƏSTƏK... - Kimlər və nə qədər pul ala bilər?
    Bu gün, 15:19 | 400 manata 15 saat: "Sevimli dad" işçi axtarır, yoxsa nökər?
    Bu gün, 14:30 | Müəllimlərə 5 Oktyabrda birdəfəlik mükafat veriləcək?
    Bu gün, 14:10 | Sabah güclü yağış yağacaq
    Bu gün, 14:09 | Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər
    Bu gün, 14:07 | Bu şəxslər maaşdan əlavə pul alacaq
    Bu gün, 14:05 | Gəncədə 5 şagird bufetdən aldıqları şirniyyatdan zəhərləndi
    Bu gün, 13:27 | Gələn ildən “uşaqpulu” verilə bilər – AÇIQLAMA
    Bu gün, 13:25 | Bu ərazidə evlər tikilir – yarım milyona yaxın vəsait sərf olunacaq
    Bu gün, 13:23 | Millətlər Liqası: bu gün 8 matç baş tutacaq
    Bu gün, 13:14 | Şəhid anası Şəriqə Ələsgərovanın dəfn mərasimi keçirilib
    Bu gün, 11:21 | AĞSTAFADA MÜƏLLİMƏ DÖYÜLÜB - VİDEO
    Bu gün, 11:07 | Qazaxda 1 Oktyabr - Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub
    Bu gün, 09:17 | Gürcüstanda türklərin tarixi irsi necə məhv edilir...
    Bu gün, 08:57 | AzTU-nun təşkilatçılığı ilə “ADEX 2026”da akademik sessiya keçirilib
    Bu gün, 08:51 | Yardımlıda əlil ailəsi KÖMƏK İSTƏYİR - Prezidentə MÜRACİƏT
    Bu gün, 08:48 | "ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı
    Bu gün, 08:43 | Xalasının əri ilə yeyib içdi, sonra bıçaqladı - Abşerondakı cinayətin təfərrüatı
    Bu gün, 08:40 | İlqar Xəyal uzun müddət sonra görüntüləndi
    Bu gün, 08:38 | Dövlətçilik tariximizdə dönüş nöqtəsi - MƏQALƏ
    Bu gün, 08:27 | HAKİM səhvləri və HƏKİM səhvləri... - AKTUAL
    Bu gün, 08:22 | Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108 illiyi və prokurorluq işçilərinin peşə bayramıdır
    Bu gün, 08:15 | Azərbaycanda qadın sevgilisi ilə birgə azyaşlı uşaqlarına əzab verdi - HƏBS
    Bu gün, 08:12 | Rusiya Ukraynaya qarşı yeni növ drondan istifadə etdi
    Bu gün, 08:11 | Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Bu gün, 08:04 | Millimiz Millətlər Liqasında növbəti sınağına çıxır: Rəqib Lixtenşteyndir
    Dünən, 23:27 | Adı dəyişdirildi, sakinləri qovuldu: Gölkəndin azərbaycanlı keçmişi rəqəmlərdə - Foto/Video
    Dünən, 23:24 | Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? - Video
    Dünən, 23:22 | ABŞ şirkətləri "ADEX 2026"da - Nələr planlaşdırılır?
    Dünən, 23:19 | XƏZƏRDƏ KRİTİK VƏZİYYƏT... - Suyun səviyyəsi sürətlə azalır + VİDEO
    Dünən, 23:15 | Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Dünən, 23:07 | Azərbaycan Qafqazda "dəhlizlər savaşı"nı qazanır: Bakıda Ermənistanın gələcək taleyi ilə bağlı hansı qərar veriləcək
    Dünən, 23:05 | MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    Dünən, 22:53 | Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Dünən, 22:49 | Həbsdə olan vəkillər azadlığa buraxıldılar
    Dünən, 22:45 | Bakıda 20-dək bina söküləcək: Küçələrin adları və kompensasiya məbləğləri açıqlandı
    Dünən, 22:43 | Onların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
    Dünən, 22:25 | Sərnişinlər İsrailə gətirildi, Netanyahu şəxsən qarşıladı - Video
    Dünən, 22:18 | Zakir Həsənov bu ölkələrin müdafiə nazirləri ilə görüşdü
    Dünən, 22:16 | Türkiyə Azərbaycanla təlimdən yeni video paylaşdı
    Dünən, 22:09 | Tiflisdə Əliyevin büstünü zədələyən erməninin cəzası...
    Dünən, 20:41 | “Tovuz Dövlət Peşə Təhsil Mərkəzi” PHŞ-in Qazax korpusunun tələbələri və rayonda peşə siniflərində təhsil alan şagirdlərlə görüş keçirilib
    Dünən, 19:13 | Azərbaycanda hava KƏSKİN DƏYİŞƏCƏK: Yağış, dolu, qar və sel gözlənilir - XƏBƏRDARLIQ
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.