İki nəfər prokurorluq orqanlarından xaric edildi
2023-cü ildə 30 prokurorluq işçisi və 8 dövlət qulluqçusu barəsində intizam tənbeh tədbiri tətbiq edilib. Mediaxeberleri.Az xəbər verir ki, bunu baş prokuror Kamran Əliyev prokurorluq orqanları tərəfindən 2023-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında bildirib. Onun sözlərinə görə, onlardan yeddi nəfər vəzifədən azad olunub: “İki nəfər prokurorluq orqanlarından xaric edilib”. K.Əliyev əlavə edib ki, 2023-cü ildə 57 şəxs işə qəbul edilib, 355 şəxs isə həvəsləndirilib.
Oxunub: 207
Xəbəri paylaş
Paylaş: