30 il əvvəl Füzulidə itkin düşən şəxsin qalıqları Ağstafaya aparılıb, vida mərasimi keçirilir
30 il əvvəl Füzuli rayonunda itkin düşən, bir qədər əvvəl kütləvi məzarlıqda qalıqları tapılan şəhid Əsəd Məmməd oğlu Məmmədovun qalıqları dəfn olunmaq üçün anadan olduğu Ağstafa rayonuna aparılıb. Mediaxeberleri.Az -ın məlumatına görə, şəhidlə doğulduğu Eynallı kəndində vida mərasimi keçirilir. Mərasimə şəhidin ailə üzvləri, rayon icra hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri qatılıblar. Vida mərasimindən sonra şəhidin qalıqları Eynallı kənd qəbiristanlığında yaxınlarının məzarlarının yanında dəfn ediləcək. Qeyd edək ki, Məmmədov Əsəd Məmməd oğlu 1966-cı ildə Ağstafa rayonunun Eynallı kəndi anadan olub. O, birinci Qarabağ müharibəsi dövründə, 1993-cü ilin iyul ayında Füzuli rayonunun Kürdmahmudlu kəndində itkin düşüb.
Oxunub: 546
Xəbəri paylaş
Paylaş: