Qəzada həlak olan hərbçilərimiz dəfn olundu
Azərbaycan Ordusunun Laçında avtomobil qəzasında həlak olan hərbi qulluqçusu Səxavət Axundov yanvarın 5-də Xaçmaz rayonunun Sayad kəndinin qəbiristanlığında dəfn olunub. Mediaxeberleri.AZ xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər. S.Axundovun tabutuna sarılmış Azərbaycan bayrağı hərbçinin atasına təqdim olunub. Qeyd edək ki, S.Axundov 2004-cü ildə Sayad kəndində doğulub. Ailənin ikinci övladı olub. Hərbi xidmətini bitirməyinə 3 ay qalmışdı. *** Azərbaycan Ordusunun Laçın rayonunda avtomobil qəzasında həlak olan hərbçisi Həsən İsmayılov yanvarın 5-də Gəncədə dəfn olunub. Dəfn mərasimdə onun yaxınları, ictimaiyyət nümayəndələri, hərbiçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və sakinlər iştirak edib.