Xaçmazda elektrik enerjisinin verilişi bərpa olundu
Xaçmaz şəhərində yol-nəqliyyat hadisəsi səbəbindən elektrik enerjisinin verilişində yaranan məhdudiyyət aradan qaldırılıb. Mediaxeberleri.AZ xəbər verir ki, müvafiq dövlət qurumlarının nümayəndələri gecə saatlarında əraziyə cəlb olunub və qəzanın nəticələri aradan qaldırılıb. Elektrik enerjisi və internetin verilişi bərpa olunub. Qeyd edək ki, yanvarın 4-ü gecə saatlarında “Ford” markalı yük avtomobilinin kommunikasiya dirəklərinə çırpılması nəticəsində Xaçmaz şəhərinin böyük bir hissəsində işıqlar sönmüşdü. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 287
Xəbəri paylaş
Paylaş: