Suraxanıda gənc qızı avtomobil vurub
Bakının Suraxanı rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Mediaxeberleri.AZ-ın məlumatına görə, hadisə Günəşli qəsəbəsində qeydə alınıb. Belə ki, avtomobil yolu keçən 2006-cı il təvəllüdlü Fatimə Zamiq qızı Süleymanovanı vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 281
Xəbəri paylaş
Paylaş: