Toyda şok yaşandı - Gəlin və bəy faciəvi şəkildə vəfat etdi - VİDEO
İraqın Mosul şəhərindəki şadlıq sarayında baş verən yanğında ilkin məlumatlara görə 100 nəfər həyatını itirib, 500 nəfər isə yaralanıb. Yerli dairələr yanğına toy zamanı istifadə edilən atəşfəşanlığın səbəb ola biləcəyini bildirib. Ətraf əyalətlərdən çoxlu yanğınsöndürmə briqadaları və təcili yardım maşınları yanğın ərazisinə göndərilib. Yerli mətbuatda yer alan xəbərlərə görə, həyatını itirənlər arasında uşaqlar və qocalar da var. Hadisə şahidləri bildiriblər ki, yanğın zamanı bəylə gəlin də həyatını itirib. Amma bəzi mənbələr iddiaları təkzib edib. /Metbuat.az
Oxunub: 516
Xəbəri paylaş
Paylaş: