"... ay tupoy" - Nazilədən 17 yaşlı nişanlısı başqası ilə qaçan 40 yaşlı kişiyə SƏRT SÖZLƏR
"40 yaşında kişiyə zorla 17 yaşlı qızı ərə veriblər. O da gedib toylardan birində başqa kişiyə qoşulub, qaçıb. Hələ, deyilənə görə, qaçarkən evdən 5 minlik qızıl da aparıb. Haqq edib, əlinin içindən gəlib. Oğrudan oğruya halaldır". Mediaxeberleri.Az bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri şair Nazilə Səfərli sosial media hesabındakı paylaşımında deyib. O, bir neçə gün öncə yaşanan hadisəyə sərt reaksiya verib: "Adamın abırı olar ee. Sən bunun gəncliyini oğurlamısan ee. 17 yaşlı qızın... Ən gözəl yaşında sən - 40 yaşlı kişi onun gəncliyini oğurlamısan. Yeri gəlsə uşağın yaşdadır. Sən niyə uşaq-muşaqla oynayırsan, ay tupoy?" Nazilə atmacasından da geri qalmayıb: "35 yaşlarında o qədər qızlar var ki, savadlı, ziyalı, amma ailə qura bilməyiblər. Get onlarla evlən də. "Qarımış" demək istədim, amma ehtiyat elədim. Onsuz da 35 yaş qarımış hesab edilir də. Bağışlayın..."