Yarım milyona görə klubunu dəyişir
“Latsio”nun yarımmüdafiəçisi Felipe Andersonun klubla müqaviləsi mövsümün sonunda başa çatır. Mediaxeberleri.AZ xəbər verir ki, paytaxt təmsilçisi braziliyalı futbolçuyla yeni sazişlə bağlı razılığa gələ bilmir. Oyunçu ildə 4 milyon avro maaş və bonuslar tələb etdiyi halda, “Latsio”nun təklifi yalnız 3,5 milyon və 0,5 milyon bonus təklif edir. Yaranmış vəziyyətdən istifadə edən 30 yaşlı yarımmüdafiənin agentləri onun xidmətini “Yuventus”a təklif ediblər və müsbət cavab alıblar. Qeyd edək ki, bu mövsüm Anderson A Seriyasında 25 matçda 1 qol və 6 məhsuldar ötürmə edib.
Oxunub: 1 241
Xəbəri paylaş
Paylaş: