Rusiyada güclü yanğın - xəsarət alalnlar var
Rusiya Federasiyasının Çuvaşıstan Respublikasında yanğından sonra 9 nəfər - üç uşaq və altı böyük xəstəxanaya yerləşdirilib. Mediaxeberleri.AZ-ın xəbərinə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin rəsmi teleqram kanalında məlumat verilib. “Rusiya Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri gələnə qədər sakinləri təxliyə edə biliblər, lakin yanıq xəsarəti alıblar və tüstüdən zəhərləniblər. Doqquz nəfər xəstəxanaya yerləşdirilib, onlardan üçü uşaqdır”, - məlumatda deyilir. Hadisə Çuvaşıstanın Kojar-Yandoba kəndində baş verib. Yanğının sahəsi 200 kvadratmetrə yaxın olub.
Oxunub: 232
Xəbəri paylaş
Paylaş: