DƏHŞƏTLİ OLAY: Boğulan şəxsi xilas etməyə çalışan 11 NƏFƏR ÖLDÜ - FOTO
Qazaxıstanın Türküstan vilayətində Sırdərya çayında 8-i azyaşlı olmaqla 11 nəfər ölüb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə "Tengrinews.kz" məlumat yayıb. İlkin məlumata görə, çay sahilində dincəlməyə gələn şəxslər bir qızın çayda boğulmağa başladığını görüb onu çıxarmağa çalışıblar. Onlar bir-birini xilas etməyə çalışarkən hamısı suda boğulublar. Sözügedən ərazi üzgüçülük üçün nəzərdə tutulmayıb. Çayda boğulanların hamısının cəsədi tapılıb.
Oxunub: 586
Xəbəri paylaş
Paylaş: