Külək güclənib, Neft daşlarında dalğanın hündürlüyü 3,4 metrə çatıb - FAKTİKİ HAVA
Saat 20:00-a olan məlumata əsasən ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 23 m/s, Mingəçevirdə 22 m/s, Bərdə, Göyçay, Şamaxı, Qobustan, Naftalanda 18 m/s, Altıağacda 17 m/s, Ağdam, Tərtərdə 16 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3,4 metrə çatıb. Bakıda və Abşeron yarımadasında 14 dərəcəyədək, Naxçıvan MR-da 10 dərəcəyədək, aran rayonlarında 18 dərəcəyədək, dağlıq rayonlarda 9 dərəcəyədək isti olub.
Oxunub: 315
Xəbəri paylaş
Paylaş: