Ərdoğan İran xalqına başsağlığı verdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranda bu gün baş verən terror aktlarında həyatını itirənlərə görə ölkə xalqına başsağlığı verib. Dövlət başçısı öz mesajını “X” sosial media platformasında yayımlayıb. “İranın Kirman vilayətində törədilən mənfur terror aktları bizi dərindən kədərləndirdi. Hücumlarda həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirəm. Dost və qardaş İran xalqına başsağlığı verirəm”, - Ərdoğan qeyd edib.
https://twitter.com/RTErdogan?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1742549798345949429%7Ctwgr%5E5a49c6d49e6e311d385048cf837bbf5835a7c724%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Foxu.az%2Fpolitics%2F822961
Oxunub: 199
Xəbəri paylaş
Paylaş: