Ərzaq məhsulları kəskin bahalaşdı
Fransada son il yarım ərzində ərzaq qiymətlərində kəskin artım olub. Mediaxeberleri.Az report-a istinadən xəbər verir ki, ölkədə 2022-ci ilin yanvarından 2023-cü ilin avqustuna qədər ərzaq qiymətləri 17,9 % artıb. Xüsusilə çörəyin, ətin və südün qiyməti kəskin bahalaşıb. "E.Leclerc" supermarketlər şəbəkəsinin rəhbəri Mişel-Eduard Leklerkin sözlərinə görə, yaxın gələcəkdə ərzaq qiymətləri 6-8 % artmaqda davam edə bilər. Belə ki, istehsalçı şirkətlər istehsal xərclərinin artmasına işarə edir ki, bu da qiymətlərin yüksəlməsini zəruri edir. Qeyd edək ki, aparıcı Avropa ölkələrində ÜDM-in azalması fonunda qiymət artımı qitə iqtisadiyyatının üzləşdiyi çətinliklərdən xəbər verir.
Oxunub: 284
Xəbəri paylaş
Paylaş: