Çanaqqala boğazında gəmilərin hərəkəti dayandırılıb
Bu gün səhər saatlarından etibarən Çanaqqala boğazında gəmilərin hərəkəti dayandırılıb. Bu barədə Türkiyə mətbuatı xəbər verib. Bildirilib ki, ərazidəki qatı duman dənizdə görmə məsafəsinin azalmasına səbəb olub. Duman aradan qalxdıqdan sonra gəmilərin hərəkəti bərpa olunacaq. Mənbə: TRT Haber
Oxunub: 318
Xəbəri paylaş
Paylaş: