Rusiyada işləmək istəyənlər bunu bilməlidir: Yanvarın 7-dən...
Rusiya Daxili İşlər Nazirliyi 2024-cü il yanvarın 7-dən bütün əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin patent alarkən və ya işə düzələrkən doldurmalı olacağı bildiriş formasını təsdiqləyib. Mediaxeberleri.Az RIA Novosti-yə istinadla xəbər verir ki, patent almış əcnəbi vətəndaşın və ya vətəndaşlığı olmayan şəxsin əmək fəaliyyətini həyata keçirməsi barədə bildiriş verildiyi gündən 2 ay ərzində DİN-in regional orqanına təqdim edilir. Ona əmək müqaviləsinin surəti əlavə edilməlidir. Bundan başqa, bildirişdə işin görülməsi üçün mülki müqavilə, əgər şifahi şəkildə bağlanmışsa, məlumat göstərilməlidir. Sərəncam yanvarın 7-dən qüvvəyə minir.
Oxunub: 278
Xəbəri paylaş
Paylaş: