Azərbaycanda ət istehsalı nə qədər artıb?
2023-cü ilin yanvar-noyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 11 milyard 571 milyon 300 min manat təşkil edib ki, onun da 5 milyard 728 milyon 800 min manatı heyvandarlıq, 5 milyard 842 milyon 500 min manatı isə bitkiçilik məhsullarının payına düşür. Mediaxeberleri.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə, kənd təsərrüfatı məhsullarının istehsalı 3,1 faiz, o cümlədən, heyvandarlıq məhsulları üzrə 3,3 faiz, bitkiçilik məhsulları üzrə isə 2,8 faiz artıb. 2023-cü ilin yanvar-noyabr aylarında quş əti də daxil olmaqla, diri çəkidə 538 min 200 ton ət, 2 milyon 62 min 200 ton süd, 2 milyon 1200 ədəd yumurta, 15 min 100 ton yun, 357 ton barama istehsal olunub. 2022-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3,1 faiz, süd istehsalı 1,3 faiz, yumurta istehsalı 9,9 faiz, barama istehsalı 4,6 faiz artıb, yun istehsalı isə 3,0 faiz azalıb.