Bakının bu ərazilərində elektrik verilişi bərpa olundu
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə vətəndaşın atdığı fişəng nəticəsində “Azərişıq” ASC-yə məxsus yarımstasniyanın transformatorunun qoruyucusu və 5 müxtəlif ərazini elektrik enerjisi ilə təchiz edən 35kV-luq əsas xətt, həmçinin 6 Kv-luq yeraltı kabellər zədələnib. Mediaxeberleri.AZ xəbər verir ki, nəticədə 31 dekabr saat 23:55-dən etibarən Abşeron rayonu Mehdiabad qəsəbəsinin və Binəqədi rayonunun Gülüstan qəsəbəsinin bir sıra ətraf küçələrində elektrik enerjisi təchizatı dayanıb. “Azərişıq” ASC-dən bildirilib ki, hadisədən dərhal sonra əraziyə təmir-bərpa briqadası göndərilib: “Qeyd edilən ərazilərdən 199 saylı çağrı mərkəzinə daxil olan zənglər əsasında əraziyə dərhal təmir-bərpa briqadası göndərilib. Gecə boyu və səhər saatlarında görülən işlər nəticəsində artıq 3 xəttin fəaliyyəti bərpa edilib. Yanın saatlarda digər ərazilərdə də elektrik enerjisinin verilişi bərpa ediləcək”. *** Abşeron və Binəqədi rayonlarında elektrik enerjisi ilə bağlı yaranan problem aradan qaldırılıb. Abşeron rayonunun Mehdiabad qəsəbəsinin və Binəqədi rayonunun Gülüstan qəsəbəsinin bir sıra ətraf küçələrinə elektrik enerjisinin verilişi tam bərpa olunub.