“Kanal 13”ün aparıcısı azadlığa çıxdı
“Kanal 13” internet televiziyasının aparıcısı Rüfət Muradlı yanvarın 1-də həbsdən azad edilib. Mediaxeberleri.AZ Modern.az-a istinadən xəbər verir ki, R.Muradlının 30 sutkalıq inzibati qaydada həbs müddəti başa çatdığından o sərbəst buraxılıb. Xatırladaq ki, R.Muradlı İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə məsuliyyətə cəlb edilmişdi. Xətai Raon Məhkəməsinin 2 dekabr 2023-cü il tarixli qərarı ilə R.Muradlı 30 sutka inzibati qaydada həbs edilmişdi.
Oxunub: 418
Xəbəri paylaş
Paylaş: