Xətaidə mənzildə yanğın: əraziyə polislər gəldi
Xətai rayonunda yerləşən Xətai Park Yaşayış kompleksində eyvana düşən fişəng yanğına səbəb olub. Mediaxeberleri.AZ xəbər verir ki, hadisə yerinə FHN-in əməkdaşları cəlb edilib. *** Bakının Xətai rayonunda binaların birində baş verən yanğınla əlaqədar saat 00:21 radələrində Daxili İşlər Nazirliyinin 102 Zəng mərkəzinə məlumat daxil olub. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, məlumat üzrə aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə polis əməkdaşları əraziyə cəlb olunub. Müvafiq təhlükəsizlik tədbirləri görülüb, xəsarət alan yoxdur. *** Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində iyirmimərtəbəli yaşayış binasının 18-ci mərtəbəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Təhlükəsizlik tədbirləri çərçivəsində FHN-in qüvvələri tərəfindən sakinlər təxliyə olunub.