Mediaxeberleri.az
    
  • Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
    Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
  • 
  • Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
    Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
  • 
  • “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
    “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
  • 
  • UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
    UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
  • 
  • Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
    Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
  • 
  • Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
    Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
  • 
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
    Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
  • 
  • İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
    İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
  • 
  • Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
    Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
  • 
  • Uzun illər sonra efirə qayıdır
    Uzun illər sonra efirə qayıdır
  • 
  • I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
  • 
  • Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanıldı
    Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanıldı
  • 
  • MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
    MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
  • 
  • Dövlətçilik tariximizin şanlı salnaməsi
    Dövlətçilik tariximizin şanlı salnaməsi
  • 
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
    Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY

Son xəbərlər :
  • Sürücülük vəsiqəsi üçün kömək vəd etdi, 900 manatını ələ keçirdi
  • Türkiyə və Pakistan ordu yeridir – İran “nəzərə alacaq”?
  • Tramp: Ola bilsin, dünyanın tamamilə məhv edilməsinin qarşısını almışam
  • Payızda arzuları gercəkləşəcək BÜRCLƏR
  • Səhərlər öskürək xərçəngdən ola bilər – Diqqət!
  • 400 manat maaşla 4 uşaq saxlayıram - VİDEO
  • Quranda adı çəkilən bu quşu möcüzəvi edən NƏDİR?
  • Sabah bəzi ərazilərdə işıq olmayacaq - SİYAHI
  • Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqləndi, qadağalar müəyyənləşdi
  • Azərbaycana yük gətirən iranlı TIR sürücüləri geri qayıda bilmirlər - VİDEO
  • PENSİYA VƏ MAAŞ ARTIMI CİBİMİZDƏ HİSS OLUNACAQMI? - Ekspertdən AÇIQLAMA
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • "TÜRKİYƏ VƏ AZƏRBAYCANIN ARASINA GİRMƏYƏ ÇALIŞAN ÖLKƏLƏR VAR" - "İcazə verməyəcəyik..." + VİDEO
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • "Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq"
  • AAAF Park Yaşayış kompleksinin sakinləri mənzillərinə çıxarış ala bilmirlər - VİDEO
  • Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi
  • Azərbaycan kuboku: "Qaradağ" 12-0 qalib gəldi
  • Sabah bu rayonda qaz olmayacaq
  • Şok ittiham: Qətl törədən şagirdə ruhi xəstə olması ilə bağlı saxta sənəd düzəldilir? - Foto
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

VƏTƏNİN ŞƏHİD OĞLU - 20 yaşında şəhadətə qovuşan Rüstəm Atakişiyevin döyüş yolu…

  • Tarix: 23-12-2023, 14:10

Şəhidlər xalqın ürəyində taxt qururlar. Çünki onlar xalqın, millətin rifahı üçün öz canlarını fəda edirlər. Ölümün gözünə qorxmadan, çəkinmədən baxaraq addımlayan oğullar, əslində, ölümsüzlüyə doğru addımladıqlarını da bilirlər. Cənnətdə yüksək məqama layiq görülən qəhrəmanlar vətəni də ucaltmağı bacarırlar. Zirvələrdə dalğalanan bayrağın enməməsi üçün son nəfəslərini də, son damla qanlarını da qurban edirlər. "Təki bayraq enməsin, vətən torpağı bölünməsin", - deyərək xalqa, vətənə ümid olan 20 yaşlı vətən oğullarından biridir Atakişiyev Rüstəm Zahid oğlu.
Onun həyatda sınağı elə doğulandan başlamışdı. Həyata göz açdığı zamandan çətinliyin ağuşuna atılmışdı. 24 dekabr 2000-ci ildə Qəbələ rayonunun Tüntül kəndində anadan olan Rüstəm həyatı dərk edəndən anasının yaşamaq və yaşatmaq üçün apardığı mücadiləsini görmüşdü. Həyatı ilk dərk etdiyi zamanlarda ən böyük arzusu anasını, bacıları Həzin və Aytacı ağ günə çıxarmaq olmuşdu. Həyat onu sınaqları ilə böyütmüşdü. Həyatın çətinlik məktəbinə lap erkən yaşlarında başlayan Rüstəm 2007-ci ildə Qəbələ rayon Müşfiq Murtuzov adına Tüntül kənd tam orta məktəbində təhsil almağa başlamışdı. Məktəbdən sonra anasına kömək məqsədi ilə işləmişdi.
Məktəbdə oxuduğu zamanlardan hərbçi olmaq arzusunu dilə gətirən Rüstəm bu arzusuna çata bilməmişdi. 2018-ci ildə məktəbi bitirən qəhrəman 2019-cu ildə həqiqi hərbi xidmətə getmişdi. Hərbi xidmətə Ağcabədi rayonunda yerləşən N saylı hərbi hissədə başlayan Rüstəm xidmətinin 3-cü ayında könüllü olaraq adını Xüsusi Təyinatlı Qüvvələrin sırasına yazdırmışdı. Hərbçi olmaq arzusuna daha bir addım yaxınlaşan qəhrəman XTQ-nin bütün kurslarını müvəffəqiyyətlə başa vurmuşdu. O, bütün sınaqlardan 100 bal alaraq, əzmi və gücü ilə əsil hərbçi ola biləcəyini sübut etmişdi. Rüstəm atəş dəstək taqımının snayper manqasının baş snayperçisi olmuşdu.
2020-ci ilin fevralında Rüstəmin səhhətində problem yarandığı üçün 10 günlük məzuniyyətə göndərilib. Həmin o gəliş Rüstəmin evinə son gəlişi və doğmaları ilə son görüşü olub. Həmin gündən sonra ailəsi yalnız Rüstəmin səsini duya bilib.
2020-ci il Azərbaycan tarixinə qanlarla həkk olunmuş silinməz izlər düşdü. O izlər bizi xalq olaraq bütünləşdirdiyi kimi torpaqlarımızı da bütövləşdirdi. İyul döyüşlərindən sonra Azərbaycan ordusu genişmiqyaslı təlimlərə başladı. Düşmən bu təlimlərdən nəticə çıxarmaq yerinə atəşə daha yaxın getməyə başladı. O atəşdə yanan isə elə Ermənistan özü oldu.
17 sentyabrda Rüstəm İsmayıllı rayonunda təlimə qatılanlar sırasında yer alıb. Artıq Azərbaycan əsgəri çatmalı olduğu ünvanı yaxşı bilirdi. O ünvan Qarabağ idi. Qarabağın azadlığı uğrunda döyüşlər başlanan ilk gündən Rüstəm də vətənə və xalqa ümid olanlardan biri olub. Murovdağ, Kəlbəcər istiqamətində şiddətli döyüşlərdə iştirak edən qəhrəman həmin istiqamətdə mühasirəyə düşüb. Mühasirəni yarmağı bacaran qəhrəmanın döyüş yolu Füzuli rayonu istiqamətində davam edib. Qan gölünə dönən Füzuli torpağına Rüstəmin də qanı damıb. Çiynindən qəlpə yarası alan qəhrəman hospitala aparılıb. Dörd gün sonra Rüstəm sağlamlığına qovuşmadan israrla "Mənim silahdaşlarım şəhid olub, əsgərlər mübarizə aparırlar, mən burada qala bilmərəm" - deyərək müharizəyə davam edib. Cəbrayıl uğrunda döyüşdükdən sonra Xocavənd istiqamətində irəliləyən dəstə Qırmızı Bazara az qalmış düşmən silahlıları ilə qarşılaşıb. Qəfil döyüş başlayıb. O döyüş Rüstəmin son mübarizəsi olub. Hiyləgər düşmən əsgəri özünü ölü kimi göstərərək qəfil atəş açıb. O atəş Rüstəmin min dərdə məskən olan ürəyinə isabət edib. Elə həmin an Rüstəm həyatla vidalaşıb.
21 oktyabrda Rüstəmin doğulduğu kəndə onun şəhid olduğu xəbəri çatıb. Kənd camaatı şəhidini qarşılamağa tədarük görsələr də ailənin bundan məlumatı olmayıb. Hətta Rüstəmin məzarı da qazılıb hazır vəziyyətə gətirilib. Oktyabrın 23-də səhər tezdən bələdiyyənin nümayəndəsini qarşısında görən Arifə ana bir anda çaşıb qalıb. Ona oğlunun ürəyindən ağır yaralandığını deyiblər. Onsuzda illərdi ürəyi yaralı gəzən Rüstəmin yaralandığı xəbərinə anası inanmayıb. Duyduğu xəbər önündə donub qalan ana oğlunun müharibədə olduğundan xəbərsiz olub. Rüstəm hər dəfə anası, bacıları ilə danışanda heç bir şey bəlli etməmək üçün çox gümrah səslə danışırmış. Sən demə, danışıqlarının birində o, xəstəxanada olub. Ancaq doğmaları nigaran olmasın deyə heç bir şey bəlli etməyib.
Bir neçə saat sonra evin kandarına asılan bayraq Rüstəmin şəhid olduğunun carçısı olub. Elə o an Rüstəmin bayrağa bürünmüş tabutu maşından endirilib. İki bacının, Arifə ananın naləsi yeri-göyü lərzəyə gətirib.
- Aç gözlərini Rüstəm. Bizi dayaqsız qoyma. Bu sükut sənə yaraşmır. Axı sən bizim göz yaşlarımıza tab edə bilməzdin. Gözümüzün göz yaşları belə səni yuxudan oyatmır. Rüstəm...
23 oktyabr Rüstəmli həyatın, Rüstəmli arzuların sonu çatdı. Bir gün Rüstəmlə həyatın xoş üzünü görəcəyi ümidi ilə yaşayan Arifə ana tək oğlunu deyil, bütün ümidlərini Tüntül kənd məzarlığında dəfn etdi.
 Arzusu hərbçi olmaq olan qəhrəman bu arzunun sonu olan şəhadətə elə yolun başında çatdı. İllərlə hərbçi kimi vətənə qulluq etməsə də qısa zamanda illərlə davam edən mübarizəni sona çatdıranlardan biri oldu. Döyüşdə göstərdiyi şücaətləri hər kəs tərəfindən qiymətləndirilən əsgər Atakişiyev Rüstəm Zahid oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə şəhadətindən sonra "Vətən uğrunda" medalı, "Şücaətə görə" medalı, "Cəsur döyüşçü" medalı, "Kəlbəcərin azad olunmasına görə" medalı, "Xocavəndin azad olunmasına görə" medalı, "Füzulinin azad olunmasına görə" medalı və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
Şəhidlər vətəni yaşatdıqları kimi vətəndaşlar da şəhidlərin adlarını yaşatmağa çalışırlar. Bu minvalla bir zamanlar Rüstəmin yaşadığı kənddə onun adına bulaq inşa edilib və həmin küçəyə qəhrəman şəhidimizin adı verilib. Bundan başqa, şəhidimizin adı bir neçə sinif otaqlarına verilib. Hər kəs vətənin şəhid oğlu ilə qürur duyur.
  ŞƏHİD RÜSTƏM
Zəfər salnaməsin qan ilə yazıb,
Tarixdə silinməz iz qoydun, Rüstəm.
Kol-kos ağuşunda qalan torpağa,
Ümidlə sarılıb sən oldun həmdəm.
Murov, Kəlbəcərin uca zirvəsin,
Sənin tək oğullar azad elədi.
Vətən torpağının bircə qarışın,
Qaniçən düşmənə ödünc vermədin.
İllərlə düşməndə qalan torpağın,
Ahını yığmışdı qəlbə oğullar.
Həmin o həsrətli, qəmli torpağa,
Yetirdi mərdləri o qanlı yollar.
Füzuli, Cəbrayıl neçə igidin,
Əzminin, gücünün şahidi oldu.
Xocavənd uğrunda mərd tək vuruşub,
Rüstəm, şəhid kimi əbədi soldun.
Ana, bacıların tək ümid yeri,
Zülümlü dünyadan cənnətə getdin.
Körpə yaşlarından qəlbi qəm çəkən,
Vətən, xalq yolunda can fəda etdin.
Manya SƏXAVƏTQIZI

Oxunub: 866
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 08:10 | Sürücülük vəsiqəsi üçün kömək vəd etdi, 900 manatını ələ keçirdi
    Bu gün, 08:07 | Türkiyə və Pakistan ordu yeridir – İran “nəzərə alacaq”?
    Bu gün, 08:01 | Tramp: Ola bilsin, dünyanın tamamilə məhv edilməsinin qarşısını almışam
    Bu gün, 07:57 | Payızda arzuları gercəkləşəcək BÜRCLƏR
    Bu gün, 07:56 | Səhərlər öskürək xərçəngdən ola bilər – Diqqət!
    Bu gün, 00:53 | 400 manat maaşla 4 uşaq saxlayıram - VİDEO
    Bu gün, 00:39 | Quranda adı çəkilən bu quşu möcüzəvi edən NƏDİR?
    Bu gün, 00:23 | Sabah bəzi ərazilərdə işıq olmayacaq - SİYAHI
    Bu gün, 00:11 | Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqləndi, qadağalar müəyyənləşdi
    Bu gün, 00:08 | Azərbaycana yük gətirən iranlı TIR sürücüləri geri qayıda bilmirlər - VİDEO
    Bu gün, 00:02 | PENSİYA VƏ MAAŞ ARTIMI CİBİMİZDƏ HİSS OLUNACAQMI? - Ekspertdən AÇIQLAMA
    Dünən, 23:59 | MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    Dünən, 23:57 | "TÜRKİYƏ VƏ AZƏRBAYCANIN ARASINA GİRMƏYƏ ÇALIŞAN ÖLKƏLƏR VAR" - "İcazə verməyəcəyik..." + VİDEO
    Dünən, 21:44 | Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Dünən, 21:15 | "Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq"
    Dünən, 21:14 | AAAF Park Yaşayış kompleksinin sakinləri mənzillərinə çıxarış ala bilmirlər - VİDEO
    Dünən, 21:12 | Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi
    Dünən, 21:10 | Azərbaycan kuboku: "Qaradağ" 12-0 qalib gəldi
    Dünən, 21:09 | Sabah bu rayonda qaz olmayacaq
    Dünən, 20:33 | Şok ittiham: Qətl törədən şagirdə ruhi xəstə olması ilə bağlı saxta sənəd düzəldilir? - Foto
    Dünən, 20:10 | 19 yaşında Şəhidlik zirvəsinə ucalan Əvəz Məmmədovun əziz xatirəsi ehtiramla anılıb
    Dünən, 18:09 | Paşinyan: "Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib"
    Dünən, 17:53 | Ermənistanın müdafiə naziri: "Saxlanılan Azərbaycan əsgəri diversant deyil"
    Dünən, 17:37 | Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
    Dünən, 17:07 | İlham Əliyev Vladimir Putinə zəng etdi
    Dünən, 16:19 | Azərbaycan kuboku: “Ağstafa Gəncləri” “Şəmkir”i darmadağın etdi - VİDEO
    Dünən, 15:19 | Qardaşlıqdan ortaqlığa: Türkiyə və Yeni Azərbaycan - Kandemir
    Dünən, 15:17 | Naxçıvanın Səhiyyə Nazirliyinə yeni aparat rəhbəri təyin olundu - BUNDAN SONRA...
    Dünən, 15:01 | İcra Hakimiyyəti başçısından nümunəvi addım - FOTOLAR
    Dünən, 14:39 | AVRO-2028: Millimiz seçmə mərhələdə 5 -ci səbətdə yer alacaq
    Dünən, 14:16 | Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
    Dünən, 14:14 | Kimya üzrə Nobel mükafatı onlara verildi
    Dünən, 14:13 | "Gələn ildən artezian quyularında günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək"
    Dünən, 14:11 | Mingəçevirdə repetitorluq edən müəllim həbs olundu
    Dünən, 13:46 | “Dərslik nəşri elmə deyil, ticarətə xidmət edir” - Fazil Mustafadan sərt İTTİHAM
    Dünən, 13:41 | Ayın 8-də də yağış yağacaq - Proqnoz
    Dünən, 13:36 | Jurnalistlərin qurultayının vaxtı dəyişdirildi
    Dünən, 13:31 | İxtioz və bullyoz epidermoliz xəstəliklərinin müalicəsinə və profilaktikasına dair maarifləndirici tədbir keçirilib
    Dünən, 13:27 | “TƏBİB-in sistemi işləmir, insanlar ağrı içində növbə gözləyir” - VİDEO
    Dünən, 13:25 | Mehriban Rəhimliyə hökm oxundu
    Dünən, 13:04 | Pensiyalar və təqaüdlər bu tarixdə veriləcək
    Dünən, 13:00 | Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Dünən, 12:55 | Vətən müharibəsində Şəhidlik zirvəsinə yüksələn Əvəz Məmmədovu ildönümündə ehtiramla anırıq
    Dünən, 12:53 | Hökumət korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsini təmin edəcəkmi? - Deputatdan AÇIQLAMA
    Dünən, 12:35 | Bakı-Ağstafa-Bakı marşrutunda əlavə qatarlar hərəkət edəcək
    Dünən, 12:33 | August Hanninglə bağlı istintaqda Azərbaycanın adının hallandırılması ilə yayılan məlumatlar dezinformasiyadır - Media və Yayım Şurası - (Foto)
    Dünən, 12:30 | Azərbaycanın puluna yağlanan... buğlanan ŞAMİL AYRIM... - Hətta nəvələrini də SOCAR-da işə düzəltməyə çalışır...
    Dünən, 12:23 | Qazaxda şəhər ərazisində məişət tullantılarının daşınması üçün yeni maşın ayrılıb
    Dünən, 12:19 | "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    Dünən, 12:15 | Azərbaycan nefti 120 dollara ticarət olunur
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.