Mediaxeberleri.az
    
  • Qurban kəsərkən edilən böyük səhvlər - İllərdir yanlış bilirmişik
    Qurban kəsərkən edilən böyük səhvlər - İllərdir yanlış bilirmişik
  • 
  • Qazaxda 28 May - Müstəqillik Gününə həsr olunmuş “Müstəqillik, suverenlik müdrik xalqımızın milli sərvətidir!” mövzusunda tədbir keçirilib
    Qazaxda 28 May - Müstəqillik Gününə həsr olunmuş “Müstəqillik, suverenlik müdrik xalqımızın milli sərvətidir!” mövzusunda tədbir keçirilib
  • 
  • Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
    Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
  • 
  • Sabir Rüstəmxanlının 80 illik yubileyi keçirildi  - FOTO, VİDEO
    Sabir Rüstəmxanlının 80 illik yubileyi keçirildi - FOTO, VİDEO
  • 
  • İsmayıllıda güclü külək irigövdəli ağacları aşırdı
    İsmayıllıda güclü külək irigövdəli ağacları aşırdı
  • 
  • Ata 3 yaşlı oğlunu boğub öldürdü
    Ata 3 yaşlı oğlunu boğub öldürdü
  • 
  • Zənginlər dollardan imtina edir - Səbəb?
    Zənginlər dollardan imtina edir - Səbəb?
  • 
  • Manatın dövretmə sürəti azalıb: Devalvasiya gəlir?
    Manatın dövretmə sürəti azalıb: Devalvasiya gəlir?
  • 
  • "Liftin qapısı açılan zaman qan içində meyit gördüm" - Sabunçudakı qətlin TƏFƏRRÜATI - VİDEO
    "Liftin qapısı açılan zaman qan içində meyit gördüm" - Sabunçudakı qətlin TƏFƏRRÜATI - VİDEO
  • 
  • Ağdərədə itkin düşən ailənin sümük fraqmentləri tapıldı - Foto
    Ağdərədə itkin düşən ailənin sümük fraqmentləri tapıldı - Foto
  • 
  • “İSRAİLƏ NİFRƏT QAZANDIRAN DƏLİ...” - Trampın Netanyahuya qəzəblənməsinin gerçək səbəbi nədir?
    “İSRAİLƏ NİFRƏT QAZANDIRAN DƏLİ...” - Trampın Netanyahuya qəzəblənməsinin gerçək səbəbi nədir?
  • 
  • Beş ildən sonra bu sənət sahiblərinə ehtiyac qalmayacaq
    Beş ildən sonra bu sənət sahiblərinə ehtiyac qalmayacaq
  • 
  • Nəmləndiricilər haqqında doğru bilinən səhvlər
    Nəmləndiricilər haqqında doğru bilinən səhvlər
  • 
  • Qalmaqallı məmura cinayət işi açıldı
    Qalmaqallı məmura cinayət işi açıldı
  • 
  • Neft həftəni bu qiymətlə yekunlaşdırdı
    Neft həftəni bu qiymətlə yekunlaşdırdı
  • 
  • Azərbaycanlı qadınlar avtomobildə güllələndi, biri öldü
    Azərbaycanlı qadınlar avtomobildə güllələndi, biri öldü
  • 
  • Bəzən beynimiz niyə bir mövzunu buraxa bilmir?
    Bəzən beynimiz niyə bir mövzunu buraxa bilmir?
  • 
  • PSJ UEFA Çempionlar Liqasının qalibi olub
    PSJ UEFA Çempionlar Liqasının qalibi olub
  • 
  • ERMƏNİSTANDAKI SEÇKİNİN GERÇƏK QALİBİ - Azərbaycan liderinin siyasəti erməni seçicisinə hansı siqnalı verdi?
    ERMƏNİSTANDAKI SEÇKİNİN GERÇƏK QALİBİ - Azərbaycan liderinin siyasəti erməni seçicisinə hansı siqnalı verdi?
  • 
  • Keçmiş məmur dələduzluqda ittiham olunur: “Nə evdən çıxır, nə də pulumuzu verir”
    Keçmiş məmur dələduzluqda ittiham olunur: “Nə evdən çıxır, nə də pulumuzu verir”
  • 
  • Qazaxda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayram tədbiri ilə qeyd edilib
    Qazaxda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayram tədbiri ilə qeyd edilib

Son xəbərlər :
  • Xətaidə konsert proqramı... - Foto
  • Qardaşının evinə qonaq gedən gənc qız faciəvi şəkildə öldü
  • Azərbaycan və Ermənistan şirkətləri müqavilə imzaladı: İnternet...
  • Sosial yardımlar alanların nəzərinə!
  • Prezidentlərin geniş tərkibdə görüşü oldu
  • Elvin Cəfərquliyev “Qarabağ”ın əsas heyətində - Video
  • Zəncanda 65 nəfər casusluqda ittiham edildi
  • Prezidentlərin təkbətək görüşü oldu
  • Ölkə əhəmiyyətli memarlıq abidəsinə ziyan vuruldu – Foto
  • Krım benzinsiz qalmışdı: İndi su da olmayacaq
  • "Qarabağ" Bədavi ilə bağlı qərarını verdi
  • ABŞ-İran danışıqları bu saatda başlayacaq
  • Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı
  • Yəmən Nümayəndələr Palatasının sədri Bakıya gəldi
  • ABŞ imzala dedi, biz də imzaladıq - Pezeşkian
  • Orta təhsil səviyyəsi üzrə imtahanlar keçirildi
  • Rusiya Krımı hücumlar üçün istifadə edə bilməyəcək
  • İsrail öhdəliklərini yerinə yetirmir - Bəqai
  • Bakıda su niyə yoxdur? – ADSEA-dan açıqlama
  • FHN küləkli hava ilə bağlı xəbərdarlıq etdi
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Milli Dövlətçiliyimizin Xilaskarı” adlı tədbir keçirilib

  • Tarix: 7-05-2026, 20:08

Mayın 7-də Qazax Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatı və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Milli Dövlətçiliyimizin Xilaskarı” adlı tədbir keçirilib. 

Qazax Rayon Heydər Əliyev Mərkəzində təşkil olunmuş tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin əməkdaşları, şəhid ailələri, qazilər, Ərazi partiya təşkilatlarının sədr və müavinləri, partiya veteranları, fəalları, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, KİV nümayəndələri iştirak ediblər. 

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda abidəsini ziyarət edərək abidə önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla anıblar. 

Sonra Ulu Öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr olunmuş kitab və fotoşəkillərdən ibarət “Əlçatmaz zirvə” başlıqlı sərgiyə baxış keçirilib. 

Mərkəzdə davam etdirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş “Vətən” filmi nümayiş etdirilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini bölüşüb. İcra başçısı Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının xilaskarı, həyatını xalqının və dövlətinin işıqlı gələcəyinə həsr edən, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbirin əhəmiyyətindən söz açıb. Ulu Öndər Heydər Əliyevin “Mən müstəqil Azərbaycanın dövlətçiliyini, suverenliyini, bütövlüyünü qorumaq üçün həyatımı qurban verməyə hazıram” müdrik fikrini xatırladan icra başçısı onun bu yolda apardığı mübarizələrdən, gördüyü işlərdən, misilsiz xidmətlərdən danışıb. Rayon rəhbəri bildirib ki, Ulu Öndər Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Azərbaycan xalqı Heydər Əliyevi sevirdi, ona inanırdı, ona həmişə dəstək olurdu. O, isə öz həyatını doğma Azərbaycan xalqına həsr etmişdir. Ulu Öndər həmişə öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Ümummilli Liderin Azərbaycana rəhbərliyinin birinci dövründə, yəni ötən əsrin 70-80-ci illəri yaddaşlarda təkcə iqtisadi yüksəliş deyil, təsərrüfatın bütün sahələrinin inkişafı dövrü kimi qaldı. Həyatımızın bütün sahələrində köklü islahatlar aparılmış, əsaslı dəyişikliklər baş vermişdir. Yəni 1969-1982-ci illər Azərbaycan tarixinə intibah dövrü kimi daxil oldu. Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı, kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atıldı, hər il yüzlərlə gənc müxtəlif mühüm, o cümlədən hərbi ixtisaslara yiyələnmək üçün SSRİ-nin ən qabaqcıl ali məktəblərinə göndərildi, azərbaycanlılar mühüm dövlət vəzifələrinə irəli çəkildilər. Bildiyimiz kimi, 1982-ci ildə Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçildi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi. Bu, Azərbaycanda böyük ruh yüksəkliyi yaratmışdı. Heydər Əliyev həmin illərdə də Azərbaycana diqqət və qayğısını əsirgəmədi və bir sıra ittifaqmiqyaslı layihələri Bakıya yönəltdi. Heydər Əliyevin mərkəzi hakimiyyətdə yüksək vəzifə tutması ermənilərin Azərbaycanla bağlı məkirli planlarını həyata keçməsinə mane olurdu. Belə ki, 1985-ci ilin əvvəlində Ermənistan KP MK-nın birinci katibi Karen Dəmirçiyan Sov.İKP MK-nın Siyasi Bürosuna müraciət edərək, qondarma “erməni soyqırımı”nın tanınmasını, yəni, 24 aprelin “anım günü” elan olunmasını təklif etmişdi. Siyasi Büronun iclasını aparan Qorbaçov bu təkliflə razılaşsa da, Heydər Əliyevin sərt və prinsipial mövqeyi ilə qarşılaşdı. Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini postunu tutması Qorbaçova və eyni zamanda erməni qruplaşmasına əsla sərf etmirdi və onların hədəfi Azərbaycanın böyük oğlunu bu vəzifədən uzaqlaşdırmaq idi. Mixail Qorbaçovun siyasi hakimiyyətə gəlişindən sonra Heydər Əliyevə qarşı aparılan bədnam kampaniya açıq müstəviyə keçdi. Ona görə də Heydər Əliyev 1987-ci il oktyabrın 21-də tutduğu vəzifədən istefa verdi. Bununla da Azərbaycanın qara günləri başladı. Əminliklə demək olar ki, əgər o vaxt Heydər Əliyev rəhbərlikdə olsaydı, 20 Yanvar hadisələri baş verməz, torpaqlarımız işğal altına düşməzdi. 20 Yanvar faciəsindən bir gün sonra 21 yanvar tarixində  Ulu Öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək sovet qoşunlarının Bakıda törətdiyi qırğınlar ilə əlaqədar bəyanət verdi. Xalqımızın kədərini bölüşməsi və sovet hakimiyyətinin ölkəmizdə həyata keçirdiyi qanlı aksiyanı ifşa etməsi o dövrdə xalqımıza bir dayaq, bir təsəlli oldu. Xalq o ağır günlərdə köməksiz olmadığını bir daha hiss etdi. Həmin dövrdə Azərbaycana qayıdışına ciddi maneələr törədilməsinə baxmayaraq 1990-cı ilin 20 iyul tarixində Vətənin ağır günlərinə biganə qala bilməyən Heydər Əliyev Azərbaycana qayıtdı. Yeganə nicat yolunu Heydər Əliyevin qayıdışında görən Azərbaycan xalqı onu təkidlə hakimiyyətə çağırırdı. Xalqımız inanırdı ki, Azərbaycanı düşdüyü bu ağır vəziyyətdən, sosial-iqtisadi, hərbi-siyasi böhrandan yalnız Heydər Əliyev xilas edə bilər. Məhz Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ağır günlərdə xalqının iradəsinə tabe olan Heydər Əliyev ölkə rəhbərliyinə qayıdaraq müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli-azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı öz üzərinə götürdü. Heydər Əliyev öz siyasi bacarığını, çoxillik idarəçilik təcrübəsini əsirgəmədən xalqının firavanlığı və dövlətinin müstəqilliyi yolunda yorulmadan xidmətdə olduğunu bir daha sübut etdi. Belə ağır bir dövrdə xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi xaos və anarxiyadan qurtardı. Bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısı alındı, dövlətçiliyimiz hər cür sui-qəsddən, dövlət çevrilişi cəhdlərindən qorundu və ölkəmiz dayanıqlı inkişaf yoluna çıxdı. Biz qürurla bu gün deyə bilirik ki, Heydər Əliyev Tanrının Azərbaycan xalqının taleyinə bəxş etdiyi bir qismət, zamanında millətinin xilaskarı olmaq üçün göndərilən dahi bir insan oldu. Ümummilli Liderin ölkə rəhbərliyinə qayıdışı ilə bir çox sahələrdə genişmiqyaslı islahatların, o cümlədən qanunvericilik islahatlarının həyata keçirilməsinə başlanıldı. 1995-ci il noyabrın 12-də referendum yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Bununla da Azərbaycan demokratik inkişafın yeni mərhələsinə qədəm qoydu. İqtisadiyyatın bütün sahələrində aparılan düzgün və səmərəli siyasət nəticəsində ölkədə ümumi daxili məhsul 1996-2002-ci illərdə 71 faiz artdı və məbləğ etibarı ilə 2002-ci ildə 6,1 milyard manata çatdı. Düzgün düşünülmüş iqtisadi islahatlarla yanaşı, milli sosial müdafiə sisteminin qurulması və inkişaf etdirilməsi proseslərinə başlanıldı. 1993-2003-cü illərdə sosial inkişafın təmin olunması, əhalinin rifah halının yüksəldilməsi üçün 60-dan artıq sənəd imzalandı. Bu gün Azərbaycan dünyada ən sürətlə və dinamik inkişaf edən dövlətlərdən biridir. Ölkənin iqtisadi qüdrətinin artması onun müstəqil siyasət yeritməsinə, əhalinin rifah halının ildən-ilə yüksəlməsinə imkan yaradır. İkinci Qarabağ müharibəsində qazanılmış parlaq Qələbə güclü dövlət-güclü ordu konsepsiyasının təntənəsidir. Otuz il işğal altında qalan torpaqlarımız məhz bu konsepsiyanın nəticəsində hərbi-siyasi yolla azad olundu, ərazi bütövlüyümüz təmin edildi. Azad olunmuş torpaqlarımızda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycanın öz imkanları hesabına sürətlə davam etdirilir, Böyük Qayıdış Proqramı ən yüksək səviyyədə uğurla icra edilir. Prezidentin elmə əsaslanan iqtisadi siyasəti respublikanın sosial-iqtisadi inkişafı prosesində dinamizmi və məqsədyönlülüyü təmin etmiş, qarşıda duran vəzifələrin həllinə real imkanlar açmış, cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunmasına etibarlı zəmin formalaşdırmışdır. Eyni zamanda, Prezidentin müəyyən etdiyi strateji xəttə əsaslanaraq dayanıqlı iqtisadi inkişafın təmin olunması məqsədilə çevik, adekvat addımlar atılıb, makroiqtisadi sabitlik möhkəmləndirilib, biznes və investisiya mühiti daha da yaxşılaşdırılıb, Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templərlə inkişaf etmiş və etməkdədir. Bu iqtisadi inkişaf müstəqilliyimizi möhkəmləndirir, beynəlxalq aləmdə Azərbaycanın rolunu və nüfuzunu gündən-günə artırır. İcra başçısı qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin səsləndirdiyi “Azərbaycan müstəqil bir dövlət kimi öz taleyinin sahibi, öz torpaqlarının sahibi, öz hüqüqlarının sahibi olacaq və gələcək firavan həyatını özü quracaqdır” dəyərli sözləri bu gün reallığa çevrilib. Azərbaycan qalib və güclü dövlət kimi bütün dünyada söz sahibidir. Bu gün Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin arzuladığı kimi Azərbaycanın müstəqilliyi ən yüksək səviyyədə mökəmləndirildi, dövlət kimi öz taleyinin sahibi oldu, öz torpaqlarının sahibi oldu, öz hüqüqlarının sahibi oldu və əhalinin rifah halının ildən-ilə yüksəlməsinə nail olundu. Bu gün hər birimiz qürur və fəxrlə deyə bilirik ki, Ulu Öndərin arzuladığı kimi Azərbaycan dünyada ən sürətlə və dinamik inkişaf edən dövlətlərdən biri oldu.

YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev çıxış edərək bildirib ki,             Azərbaycanın bugünkü sürətli və irimiqyaslı inkişafının təməlini məhz Ulu Öndər yaradıb. Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Yeni Azərbaycan Partiyasının inkişafı tarixində də yeni bir mərhələnin əsasını qoydu. Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası ötən dövr ərzində şərəfli yol keçərək ümumxalq partiyasına çevrilib, bütün fəaliyyəti Azərbaycanın dövlət müstəqilliyinin qorunması, ərazi bütövlüyünün təmin olunması, ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi və iqtisadi inkişaf strategiyasının  həyata keçirilməsinə yönəlib. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası bu gün müasir Azərbaycan dövlətçiliyinin qorunması və inkişafında misilsiz xidmətlərə imza ataraq şanlı dövlətçilik tarixinin ən möhtəşəm uğurlarını qazanır, yeni-yeni nailiyyətlərə imza atır. Bu gün Prezident  İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı bütün uğurlar, ərazi bütövlüyümüzün bərpa edilməsi, Azərbaycanın qüdrətli dövlətə çevrilməsi, sosial-iqtisadi inkişafı, dünya birliyində öz layiqli yerini daha da möhkəmləndirməsi məhz Heydər Əliyevin ideyalarının yaşamasının, siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir.

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini bölüşüb. C.Hüseynova bildirib ki, Azərbaycan dövlətinin memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir. Heydər Əliyevin ən böyük gücü dərin, universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında, həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi. Azərbaycan tarixinin Heydər Əliyev dövrü öz tutumuna görə böyük bir epoxadır. Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə milli-mənəvi dəyərlərin qorunması istiqamətində əhəmiyyətli tədbirlər görüldü. Musiqi, teatr, kino, təsviri incəsənət və digər sahələrdə xüsusi dəyişikliklər və inkişaf meyilləri qeydə alındı. Mədəniyyət evləri inşa edildi, abidələr ucaldıldı, incəsənət xadimlərinə fəxri adlar, ordenlər, təqaüdlər ayrıldı. Bütün bunlar isə cəmiyyətin intellektual təbəqəsinin fəaliyyətinin səmərəlilik səviyyəsini daha da artırdı.

Qazax Rayon Prokurorunun köməkçisi Aidə Nəzərli çıxış edərək bildirib ki, hər birimizə  məlumdur ki, Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisi kimi tarixdə silinməz iz qoyub. Sözsüz ki, müasir Azərbaycan dövlətinin qurucusu və memarı, dahi azərbaycanlı Heydər Əliyevin misilsiz xidmətləri xalqımız tərəfindən unudulmur və həmişə fəxrlə anılır. Heydər Əliyevin qarşıya qoyduğu əsas vəzifə demokratik, hüquqi, sivil dövlət qurmaq idi. Bundan ötrü, köhnə Sovet qanunlarından uzaqlaşmaq, müstəqil Azərbaycanın müasir tələblərə cavab verən zəngin qanunvericilik bazasını yaratmaq tələb olunurdu. Bu səbəbdən zəngin dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyev hüquqi dövlətin Azərbaycan modelini - ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi. Ulu Öndərin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən Konstitusiya Heydər Əliyevin şah əsəri hesab olunur. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm sənədlər qəbul edilib, respublikamız müxtəlif beynəlxalq konvensiya və sazişlərə qoşulub, qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilib. Sadəcə yaşadığı dövrün deyil, özündən sonrakı tarixin də müəllifinə çevrilmiş dünya miqyaslı siyasətçi, dahi şəxsiyyət, həyat amalı xalqına xidmət olan xilaskar, qurucu dövlət xadimi və misilsiz fədakarlığı ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin bənzərsiz ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq unudulmaz tarixdir. Xalqımız hələ sağlığında əfsanələşən, bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunan Heydər Əliyevi qəlbində əbədi yaşadacaq, onun əziz və unudulmaz xatirəsini həmişə yüksək ehtiramla yad edəcək.     

Vətən müharibəsi şəhidi, ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş gizir Sərxan Abdullayevin atası Elxan Abdullayev çıxış edərək bildirib ki, bu gün ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərdən birini müharibə əlilləri və şəhid ailələrinə göstərilən dövlət qayğısı təşkil edir. Biz hər zaman hiss edirik ki, şəhidlərimizin əziz xatirəsi dövlət tərəfindən yüksək qiymətləndirilir, onların ailələri diqqət və qayğı ilə əhatə olunur. Şəhidlərimizin qəhrəmanlığı hər birimizin qəlbində yaşayır. Şəhid ailəsi olaraq dövlətimizin şəhid ailələrinin yanında olduğunu hiss edir, bizə göstərilən xüsusi diqqətə, şəhidlərimizin adının daim uca tutulmasına görə dərin təşəkkürümüzü bildiririk. Azərbaycan dövlətinin və Ordusunun gücü ilə hər zaman fəxr edirik.

Bakı Dövlət Universitetinin Qazax filialında İctimai və təbiət fənləri kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Mübariz Süleymanov çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətini və xalqını zamanın çətin sınaqlarından çıxararaq ölkənin bütün sahələrdə tərəqqisinə nail olmuş qüdrətli şəxsiyyətdir. Dahi şəxsiyyətin Azərbaycan xalqının gələcəyinə istiqamətlənmiş strategiyasında təhsil sahəsinin inkişaf etdirilməsi əsas istiqamətlərdən biri olub. Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həyata keçirdiyi təhsil siyasəti təhsilin inkişafına, təhsil şəbəkələrinin genişləndirilməsinə, yeni-yeni məktəb binalarının tikilib istifadəyə verilməsinə, Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyasına yönəlmişdir. Heydər Əliyev Azərbaycan gənclərinin dünyanın ən nüfuzlu ali məktəblərində təhsil almalarına diqqət və qayğı ilə yanaşıb, dövlət-təhsil siyasətinin əsaslarını yaradıb. Ulu Öndərin təhsil siyasəti milli mənafelər üzərindən qurularaq ölkəmizin davamlı inkişafına xidmət edib, Azərbaycan təhsili dünya standartlarına uyğun, müasir tələblərə cavab verəcək səviyyəyə çatdırılıb. Bu gün iftixar hissi ilə qeyd edə bilərik ki, Heydər Əliyev siyasətinin onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycan dövlətinin tərəqqisi üçün ən böyük təminatdır.

Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Həbibə Məmmədli çıxış edərək bildirib ki, Heydər Əliyev hər zaman müəllim peşəsinə böyük dəyər verir, hər yeni tədris ilinin ilk günlərində məktəblərdə olur, müəllim və şagirdlərlə görüşür, onları dinləyir və öz müdrik tövsiyələrini verirdi. “Müəllim adı ən yüksək addır”, “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” - deyən Ulu Öndər bu yanaşmadan çıxış edərək müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı davamlı qərarlar qəbul edirdi. Ulu Öndərin ölkə təhsilinə və gənc nəslə bəxş etdiyi töhfələr, müxtəlif peşələr üzrə milli peşəkar kadrların yetişdirilməsi istiqamətində həyata keçirdiyi layihələr bu gün öz bəhrəsini verməkdədir. Gənc nəsil dahi şəxsiyyətin əməyini böyük minnətdarlıq hissi ilə qiymətləndirir, onun zəngin irsi, ömür yolu və fəaliyyəti ilə yaxından maraqlanır. Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı misilsiz xidmətləri zəngin miras kimi nəsildən-nəsilə ötürülür. Onun zəngin və mənalı ömür yolu gələcək nəsillər üçün daim örnək olacaqdır. Azərbaycan xalqı var olduqca Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi də onun öz sözləri ilə desək “Əbədi olacaq, daimi olacaq, dönməz olacaqdır!”.

Qazax Dövlət Sosial-İqtisadi Kollecin Azərbaycan dili və ədəbiyyat müəllimi Türkan Allahverdiyeva çıxış edərək bildirib ki, bütün həyatını doğma xalqının, Vətəninin inkişafına, intibahına həsr edən, bu yolda misilsiz tarixi uğurlar qazanan Heydər Əliyev Azərbaycan dilinə həmişə layiqincə diqqət yetirib və xüsusi qayğı göstərib. Ulu Öndər Heydər Əliyev ensiklopedik təfəkkürlü, müdrik şəxsiyyət idi. Azərbaycanın milli-mənəvi və əxlaqi dəyərlərinin ümumbəşəri ideyalarla zənginləşdirilməsində onun misilsiz xidmətləri olub. O, Azərbaycan xalqının qəhrəmanlıqlarla dolu tarixi keçmişinə, zəngin mənəvi dəyərlərinə, maddi-mənəvi irsinə, incəsənətinə qayğı ilə yanaşıb. Heydər Əliyev Azərbaycan mədəniyyətinin hamisi olub, Azərbaycan xalqının misilsiz sərvəti olan klassik irsə, ümumən bədii ədəbiyyata xüsusi önəm verib. Tarix uzaqlaşdıqca biz Heydər Əliyev dühasının əzəmətini, onun şəxsiyyətinin böyüklüyünü dərk edirik. Əslində bu qeyri-adi şəxsiyyət hər zaman bizim əhatəmizdədir. Çünki Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanı məhz onun miras qoyduğu dövlətçilik prinsipləri ilə idarə edir, onun imkan tapıb həyata keçirə bilmədiyi idealları tarixə çevirir. Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi dahi dövlət xadimi, müdrik Prezidenti olub.

Bakı Dövlət Universitetinin Qazax flialının Fiziki tərbiyə və çağrışaqədərki hazırlıq müəllimliyi ixtisasının IV kurs tələbəsi, Vətən müharibəsi iştirakçısı, ölkə başçısının müvafiq sərəncamları ilə “İgidliyə görə”, “Şuşanın azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş Qılınc Cəfərov çıxış edərək bildirib ki, müharibə iştirakçısı olaraq xüsusi qürur hissi ilə qeyd etmək istəyirəm ki, bu gün Ordumuzun qazandığı uğurların təməlində Ulu Öndər Heydər Əliyevin yaratdığı milli ordu quruculuğu dayanır. Ulu Öndər hər zaman Azərbaycanın ərazi bütövlüyünü və xalqın birliyini ali dəyər hesab edirdi. Bu gün Heydər Əliyevin siyasəti nəticəsində Azərbaycan dünyada öz layiqli yerini tutdu, güclü dövlətçilik ənənələri formalaşdı. Azərbaycanın güclü ordusu, xalq-iqtidar birliyi və qazanılan Zəfər məhz Ulu Öndərin əsasını qoyduğu siyasətin nəticəsidir. Ölkəmizdə müharibə iştirakçılarına göstərilən diqqət və qayğı hər birimiz üçün böyük mənəvi dəstəkdir.

Sonda  Partiya veteranları, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Cavanşir Rüstəm və şair Kazım Kazımlı Ulu Öndərə həsr etdikləri şeirlərini söyləyiblər.


Oxunub: 1 092
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 12:44 | Xətaidə konsert proqramı... - Foto
    Bu gün, 12:22 | Qardaşının evinə qonaq gedən gənc qız faciəvi şəkildə öldü
    Bu gün, 12:13 | Azərbaycan və Ermənistan şirkətləri müqavilə imzaladı: İnternet...
    Bu gün, 11:37 | Sosial yardımlar alanların nəzərinə!
    Bu gün, 11:31 | Prezidentlərin geniş tərkibdə görüşü oldu
    Bu gün, 11:28 | Elvin Cəfərquliyev “Qarabağ”ın əsas heyətində - Video
    Bu gün, 11:22 | Zəncanda 65 nəfər casusluqda ittiham edildi
    Bu gün, 11:18 | Prezidentlərin təkbətək görüşü oldu
    Bu gün, 11:16 | Ölkə əhəmiyyətli memarlıq abidəsinə ziyan vuruldu – Foto
    Dünən, 15:17 | Krım benzinsiz qalmışdı: İndi su da olmayacaq
    Dünən, 15:14 | "Qarabağ" Bədavi ilə bağlı qərarını verdi
    Dünən, 14:51 | ABŞ-İran danışıqları bu saatda başlayacaq
    Dünən, 14:49 | Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı
    Dünən, 14:47 | Yəmən Nümayəndələr Palatasının sədri Bakıya gəldi
    Dünən, 14:40 | ABŞ imzala dedi, biz də imzaladıq - Pezeşkian
    Dünən, 14:01 | Orta təhsil səviyyəsi üzrə imtahanlar keçirildi
    Dünən, 13:59 | Rusiya Krımı hücumlar üçün istifadə edə bilməyəcək
    Dünən, 13:56 | İsrail öhdəliklərini yerinə yetirmir - Bəqai
    Dünən, 13:54 | Bakıda su niyə yoxdur? – ADSEA-dan açıqlama
    Dünən, 13:52 | FHN küləkli hava ilə bağlı xəbərdarlıq etdi
    Dünən, 00:57 | Qurban Qurbanov gedənlər və gələnlər haqda danışdı - MÜSAHİBƏ
    20-06-2026, 21:48 | Ağstafaya dolu düşdü - Foto
    20-06-2026, 21:00 | Xalq Şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib
    20-06-2026, 20:54 | "Qarabağ"ın oyununda yeddi qol vuruldu
    20-06-2026, 20:45 | Tələbə adını qazanmaqda rekord nəticə: Bu şəhər birincidir
    20-06-2026, 20:43 | İranda 17 nəfər ABŞ-a görə saxlanıldı
    20-06-2026, 20:11 | Sürücülük vəsiqəsi bu səbəblərə görə müddətsiz verilə bilməz
    20-06-2026, 20:09 | 15 yaşlı qızla cinsi əlaqədə olub evindən oğurluq edən gəncə HÖKM OXUNDU
    20-06-2026, 20:07 | Sumqayıtda yaşayış binasında partlayış: yaralılar var - Foto
    20-06-2026, 11:59 | Komitə sədri özünə yeni köməkçi götürdü - FOTO
    19-06-2026, 21:01 | Azərbaycan şahmatçısı Aydın Süleymanlı dünya çempionu Maqnus Karlseni məğlub edib
    19-06-2026, 20:59 | Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı
    19-06-2026, 20:57 | Hörmüz boğazı bağlanıb? - İran XİN-dən cavab
    19-06-2026, 17:14 | “Yazırlar ki, Məhərrəmlikdə ad gününə getdin, başına pis iş gəldi”
    19-06-2026, 17:10 | Əmək qanunvericiliyində növbəti təkmilləşdirmələr aparılacaq - FOTO
    19-06-2026, 17:06 | Bakıda saxlanılan Rusiya vətəndaşlarına hökm oxundu
    19-06-2026, 17:04 | Yağış yağacaq, temperatur 7 dərəcə enəcək – Xəbərdarlıq
    18-06-2026, 17:08 | Hüquq təhsili almaq istəyənlərə maneə… - Ekspert
    18-06-2026, 17:05 | Moskvaya neft yağışları yağır - Video
    18-06-2026, 17:02 | Hipermarketə silahlı basqın edənlərlə bağlı qərar verildi
    18-06-2026, 16:45 | Niyə səhərlər günəş işığı qəbul etməliyik? - Səhər günəşinin 4 müalicəvi gücü
    18-06-2026, 16:40 | Rusiya Ermənistana nota göndərdi
    18-06-2026, 16:38 | DÇ-2026-da qalmaqal: Oyuna cadu etdi - Foto
    17-06-2026, 18:33 | "Qurtuluş"un rəhbəri yenə hakim qarşısına çıxdı
    17-06-2026, 18:25 | Məleykənin ölümünə səbəb olan cərraha cəza verildi
    17-06-2026, 18:11 | Bu içkidən qəfil imtina miqrenə səbəb ola bilər
    17-06-2026, 18:08 | Müqavilə imzalanan kimi İsrail hücum edəcək - Qəzənfəri
    17-06-2026, 18:05 | Bakı–Naxçıvan–Bakı reysi ilə 47 mindən çox sərnişin daşınıb
    17-06-2026, 16:32 | Temperatur 36 dərəcəyə yüksələcək - PROQNOZ
    17-06-2026, 16:30 | Prezident onları təltif etdi
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.