Rusiyadan Ermənistana XƏBƏRDARLIQ
“Ermənistan iki stulda oturmaq siyasətinə sadiq qalmağa davam edir”.
Oxunub: 43
Xəbəri paylaş
Paylaş:
“Ermənistan iki stulda oturmaq siyasətinə sadiq qalmağa davam edir”.
Mediaxeberleri.Az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Avropa Siyasi Birliyinin İrəvanda keçirilən sammitini və Ermənistanın Böyük Britaniya ilə strateji tərəfdaşlıq haqqında saziş imzalamasını şərh edərkən deyib.Uşakov qeyd edib ki, aprel ayında Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə bütün məsələlər aydınlıq gətirilsə də, İrəvanın davranışları fərqli mənzərə yaradır:“Təəssüf ki, İrəvanda hələ də iki stulda oturmaq siyasətinə sadiq qalmağa çalışırlar. Bu mövqeyi nə qədər saxlaya biləcəklərini bilmirəm. Amma bütün bunlar həm Rusiya, həm də Ermənistan üçün çox faydalı olan ikitərəfli münasibətlərimizin inkişafına zərərlidir. Deyərdim, bu, hətta bizim üçün deyil, erməni dostlarımız üçün daha faydalıdır”.
