Qazaxıstanda AES tikməyə hazırıq - Rusiya
"Rosatom" Qazaxıstanda atom elektrik stansiyasını tikməyə hazırdır. Mediaxeberleri.AZ xəbər verir ki, bunu Rusiyanın Qazaxıstandakı səfiri Aleksey Borodavkin "İzvestiya" qəzetinə müsahibəsində deyib . "Sülh məqsədli nüvə enerjisi sahəsində Rusiya-Qazaxıstan əməkdaşlığı genişlənir. Atom elektrik stansiyasının tikintisi ilə bağlı ümumxalq səsverməsi zamanı müsbət qərar qəbul olunarsa, "Rosatom" bu mühüm layihəni rahat şəraitdə həyata keçirməyə hazırdır", - səfir vurğulayıb. Qeyd edək ki, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev sentyabrın 1-də ölkə xalqına müraciətində atom elektrik stansiyasının tikintisi məsələsinin ümumxalq səsverməsinə çıxarılmasını təklif edib.
Oxunub: 537
Xəbəri paylaş
Paylaş: